Milli Müdafiə naziri Hulusi Akar“ Mavi Vətən-2019” hərbi təlimini izlədi

Milli Müdafiə naziri Hulusi Akar Egey, Şərqi Aralıq və Qara dənizdə Türkiyənin hüquqlarını və mənfəətlərini qorumaq və mühafizə etmək üçün fəaliyyətləri davam etdirdiklərini söylədi.

1157456
Milli Müdafiə naziri Hulusi Akar“ Mavi Vətən-2019” hərbi təlimini izlədi

Milli Müdafiə naziri Hulusi Akar Egey, Şərqi Aralıq və Qara dənizdə Türkiyənin hüquqlarını və mənfəətlərini qorumaq və mühafizə etmək üçün fəaliyyətləri davam etdirdiklərini söylədi.

Nazir Akar Baş Qərargah rəisi Yaşar Gülər və digər hərbi qüvvələrin komandanları ilə “Mavi Vətən-2019” hərbi təlimini, Hava Qüvvələri Komandanlığının Havadan Erkən Xəbərdarlıq və Nəzarət (HİK) təyyarəsindən izlədi.

Təlimə nəzarət işlərinin aparıldığı Donanma Komandanlığındakı Təlim Nəzarət Mərkəzində “Mavi Vətən-2019” hərbi təlimində iştirak edən ünsürlərdən məlumat almasından sonra bəzi təlimatlar verən və iştirakçılara uğurlar diləyən Akar daha sonra müşayiətindəki komandanlarla HİK təyyarəsinə mindi.

“Qərb” adlanan təyyarənin Şərqi Aralıq dənizində təlim çərçivəsində apardığı vəzifə uçuşuna qatılan Akar və komandanlar fəaliyyətlərə dair məlumat aldılar.

Burada da bəzi təlimatlar verən Akar daha sonra “Mavi Vətən-2019” təmilində iştirak edən ünsürlərə radio dalğaları ilə müraciət etdi. Təlimin böyük uğurla davam etdiyini bildirən nazir təlimdə iştirak edən heyəti təbrik etdi.  

“Mavi Vətən-2019” hərbi təlimində dəniz qüvvələrinin gücünü hər kəsə göstərmə imkanı əldə etdiklərini ifadə edən Akar əldə edilən nəticələrdən məmnunluq duyduqlarını və təlimin uğurla davam etdiyini söylədi.

Akar “Egey, Şərqi Aralıq və Qara dənizdə ölkəmizin, millətimizin haq və mənfəətlərini qorumaq, mühafizə etmək üçün də fəaliyyətlərimizi hər baxımdan davam etdiririk” dedi.

Cümhuriyyət tarixinin ən böyük hərbi təlimi olan və 103 döyüş gəmisinin iştirakı ilə keçirilən “Mavi Vətən-2019” təlimi 2-5 tarixləri arasında Qara, Aralıq və Egey dənizlərində eyni anda keçirilir.



Әlaqәli Xәbәrlәr