“Patriot”un qəbulu S-400-ün alınmasına təsir etməyəcək", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-la “Patriot” hərbi sisteminin satın alınması üçün danışıqlar getdiyini söyləyib.

1155522
“Patriot”un qəbulu S-400-ün alınmasına təsir etməyəcək", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-la “Patriot” hərbi sisteminin satın alınması üçün danışıqlar getdiyini söyləyib.

  Martın 1-də Eskişehirdə yerli televiziyanın proqramı olan nazir “Patriot”un qəbulunun S-400-lərin alınmasına təsir etməyəcəyini bildirərək deyib:

  “S-400 ilə əlaqədar danışıqlar bitdi, razılaşma imzalandı və ilin sonuna doğru - payızda Türkiyəyə təslim ediləcək. Biz “Patriot”u ala bilmədiyimiz üçün S-400-ü almışdıq. Ən son təxminən 2 il əvvəl göndərdiyimiz məktuba ABŞ-dan, nəhayət, müsbət cavab gəldi və Amerikalılarla müzakirələr başlandı.

  Bizim hava müdafiə sisteminə ehtiyacımız var, çünki ətrafımızda ciddi risklər və təhdidlər var. Mərmilərə qarşı ölkəmizin hava sahəsini qorumaq məcburiyyətindəyik.

  “Patriot”ların alqı-satqısı üçün "Mən satmaq istəyirəm, amma şərtlərim var" deyilə bilməz. Bu cür sistemlərin bir qiyməti vardır. Yoxsa Türkiyənin də şərtləri dövriyyəyə girər. Ən önəmlisi ABŞ konqresindən təsdiq cavabının çıxmasıdır. Amerika ilə bu günə qədər ən sadə silahları belə almaqda çətinlik çəkdik. “Patriot” mövzusunda da hər iki ölkə anlaşa bilsə, alarıq."



Әlaqәli Xәbәrlәr