"ABŞ-dan eyni yanaşmanı PYD/YPG-yə qarşı göstərməsini də gözləyirik", H.Aksoy

H.Aksoy etdiyi yazılı şərhdə bildirdi...

1155649
"ABŞ-dan eyni yanaşmanı PYD/YPG-yə qarşı göstərməsini də gözləyirik", H.Aksoy

  Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin PKK ilə bağlı bəyanatına yazılı açıqlama verdi.

  H.Aksoy etdiyi yazılı şərhdə bildirdi:

  “ABŞ Dövlət Departamenti 1997-ci ildən bu yana terror təşkilatı olaraq qəbul etdiyi PKK-nın Xarici Terror Təşkilatları siyahısında qalmağa davam edəcəyini bəyan etdi. Bu açıqlamada PKK-ya qarşı mübarizə qətiyyətinin vurğulandığına əhəmiyyət veririk. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı bölgədə fəaliyyət göstərən PYD/YPG-yə qarşı göstərməsini də gözləyirik."

  Xatırladaq ki, ABŞ Dövlət Departamenti yazılı bir bəyanat yayaraq separatçı terror təşkilatı PKK ilə əlaqədar qiymətləndirmə edərək bildirib: “PKK 20 ildən çoxdur terror təşkilatı siyahısındadır. Bu müddət boyu ABŞ PKK təhdidinə qarşı Türkiyə və müttəfiqləriylə birlikdə çalışdı… Bildirmək istəyirik ki, PKK ABŞ xalqı və beynəlxalq cəmiyyət üçün yenə terror təşkilatı olaraq qalır."

  Qeyd edək ki, ABŞ Dövlət Departamenti xarici terror qrupları üzərində hər 5 ildən bir qiymətləndirmə aparır.



Әlaqәli Xәbәrlәr