Türkiyə Misir xalqına başsağlığı verdi

Türkiyə Misir paytaxtının mərkəzində yerləşən “Ramsis” stansiyasında qatarın qəzaya düşməsi və daha sonra baş verən yanğın nəticəsində həlak olanlar üçün Misir xalqına başsağlığı verdi.

1154226

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: “Qahirənin mərkəzindəki “Ramsis” qatar stansiyasında baş verən yanğın nəticəsində həlak olanlar və xəsarət alanların olduğunu kədərlə öyrəndik. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Misir xalqına başsağlığı diləyirik”.

Misirin Səhiyyə naziri Hale Zayid hadisə yerindəki tədqiqatlarından sonra verdiyi açıqlamada 20 nəfərin həyatını itirdiyini, 43 nəfərin isə yaralandığını söyləyib.

Ölkənin Nəqliyyat naziri Hişam Arafat isə istefa verib.

Әlaqәli Xәbәrlәr