Somali müdafiə naziri H.Akar ilə görüşdü

Somalidə təhlükəsizlik və əmin-amanlığın hökm sürməsi xalqının rifahda yaşaması Türkiyənin ən səmimi diləyidir. Bunu Milli müdafiə naziri Hulusi Akar deyib.

1154330
Somali müdafiə naziri H.Akar ilə görüşdü

Hulusi Akar, paytaxt Ankarada səfərdə olan Somali müdafiə naziri Həsən Əli Məhəmməd ilə görüşdü.

H.Akar Somalili həmkarı ilə başçılıq etdiyi çoxtərəfli görüşdə etdiyi çıxışında: "Bizim əsas diləyimiz Somali xalqının təhlükəsiz və sülh şəraitində yaşamağıdır”.

Görüşdən sonra yayılan bəyanatda iki ölkə heyətləri arasında baş tutan danışıqlarda əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.

 



Әlaqәli Xәbәrlәr