Xarici İşlər naziri Mövlud Çavuşoğlu gündəmə dair açıqlama verdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan alınacaq “S-400” zenit-raket kompleksləri barədə geri addım atmayacaqlarını bildirdi.

1153026
Xarici İşlər naziri Mövlud Çavuşoğlu gündəmə dair açıqlama verdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan alınacaq “S-400” zenit-raket kompleksləri barədə geri addım atmayacaqlarını bildirdi.

Çavuşoğlu paytaxt Ankarada gündəmə dair verdiyi açıqlamada Rusiyadan alınacaq “S-400” zenit-raket kompleksləri mövzusuna toxunaraq deyib: “Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı məsələ tam həll olundu. Türkiyə verdiyi sözdən heç vaxt geri dönməyib”.

Çavuşoğlu ABŞ-ın Suriyadan əsgərlərini çıxarma prosesi və ABŞ ilə birgə vəzifə gücünə dair isə bildirib ki, ABŞ ilə birgə vəzifə gücü sadəcə əsgərlərin geri çəkilmə məsələsini diqqətdə saxladığı bir gücdür. Çəkilmə qərarından sonra fərqli mövqelərdən danışıldı. Bu, ABŞ-ın tam mənası ilə bir strategiyasının olmadığının göstəricisidir.

Misirdəki edamlara da toxunan Çavuşoğlu Avropanı ikiüzlü olmaqda ittiham edib. Nazir Avropa İttifaqı liderlərinin Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə dəstək verməsini “ikiüzlülük” adlandırıb: “Təəssüflər olsun ki, bu gün Avropada ikili standartlar və ikiüzlülük ən yüksək nöqtəyə çatıb”.



Әlaqәli Xәbәrlәr