Mustafa Şentop 29-cu dövr Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

Türkiyə Böyük Millət Məclisi (TBMM) yeni sədrini seçdi.

1151432
Mustafa Şentop 29-cu dövr Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

  Türkiyə Böyük Millət Məclisi (TBMM) yeni sədrini seçdi.

  TBMM sədri olmaq üçün namizədlər ilkin mərhələdə lazım olan 400 səsi qazana bilmədi.

  Parlamentin Baş Assambleyasında səsvermənin ilk turunda 528 deputat səs verdi. Birinci mərhələdə

·        Ədalət və İnkişaf Partiyasından (AK Partiya) Tekirdağ üzrə millət vəkili Mustafa Şentop 322,

·        Cümhuriyyət Xalq Partiyasından İstanbul üzrə millət vəkili Engin Altay 120,

·        Xalqların Demokratik Partiyasından İzmir üzrə millət vəkili Serpil Kemalbay Pekgözegü 45,

·        İYİ Partiyadan Qaziantep üzrə millət vəkili İmam Hüseyin Filiz 35 səs əldə etdilər.

  Altı səs isə etibarsız sayıldı.

  TBMM sədri olmaq üçün namizədlərə səs vermək üçün ikinci mərhələdə 544 deputat iştirak etdi.

·        AK Partiyadan Mustafa Şentop 333,

·        CHP-dən Engin Altay 126,

·        HDP-dən Kemalbay Pekgözegü 46,

·        İYİ Partiyadan İmam Hüseyn Filiz 35 səs qazandı.

 4 səs etibarsız oldu.

  Üçüncü mərhələdə də 544 deputat səsvermədə iştirak etdi.

  AK Partiyadan Tekirdağ üzrə millət vəkili Mustafa Şentop 336 səslə 29-cu dövr Türkiyə Böyük Millət Məclisinin sədri seçildi.



Әlaqәli Xәbәrlәr