Ərdoğan və Tramp ikitərəfli əlaqələrlə yanaşı Suriyadakı son hadisələri müzakirə etdilər

Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

1150283
Ərdoğan və Tramp ikitərəfli əlaqələrlə yanaşı Suriyadakı son hadisələri müzakirə etdilər

Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Prezident qaynaqlarından əldə edilən məlumata əsasən, iki lider danışıq zamanı ikitərəfli əlaqələr və Suriyadakı son hadisələri müzakirə edərək, bu ölkədəki siyasi prosesi dəstəkləmənin, həmçinin tərəflərin terrorun bütün təzahürlərinə qarşı mübarizədə qətiyyətli olmasının əhəmiyyətini vurğulayıblar.

Danışıq zamanı Ərdoğan Türkiyənin strateji tərəfdaşı ilə yaxın əməkdaşlığı davam etdirmə arzusunu yenidən təsdiqləyib.

Söhbət əsnasında, Ərdoğan və Tramp ABŞ qoşunlarının Suriyadan hər iki tərəfin maraqlarına uyğun həyata keçirilməsi barədə razılığa gəliblər.

Prezidentlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı mal dövriyyəsinin 75 milyard dollara çatdırılmasının zəruri olduğunu bildiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığına dair Ağ Evdən yayılan açıqlamada isə "İki prezident potensial bir təhlükəsiz zonanın yaradılmasına dair koordinasiyanın davam etməsi mövzusunda razılaşıb" deyə bildirilib.

Açıqlamada bildirilib: “İki prezident potensial bir təhlükəsiz zonanın yaradılmasına dair koordinasiyanın davam etməsi mövzusunda razılaşıb və Müdafiə (ABŞ) nazirinin əvəzi Patrik Şanahan ilə Baş Qərargah rəisi ordu generalı Cozef Dunfordun bu mövzularda əlavə görüşlər üçün bu həftə Vaşinqtonda Türkiyənin nümayəndə heyəti ilə bir araya gələcəklərini qeyd edib".



Әlaqәli Xәbәrlәr