Türkiyə AP-nin hesabatına  münasibət bildirdi

Türkiyə Avropa Parlamentinin (AP) hüquqi hökmü olmayan 2018-ci il Türkiyə Hesabatının qəbul edilməz olduğunu bildirib.

1149503
Türkiyə AP-nin hesabatına  münasibət bildirdi

Xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində qəbul edildikdən sonra AP-nin Baş asambleyasına təqdim edilən "2018-ci il Türkiyə Hesabatına” münasibət bildirib.

Hami Aksoy, heç bir hüquqi hökmü olmayan hesabatda Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük müzakirələrinin rəsmi olaraq dayandırılması mövzusunda edilən çağırışın qəbul edilməz olduğunu qeyd edib.

Hesabat ilə bağlı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində səs vermə keçirildiyini, ancaq yekun hesabatın 11-14 Mart və ya 25-28 Mart tarixlərində qəbul ediləcəyini ifadə edən Aksoy: “ Hesabata bəzi diyişikliklərin edilməsi üçün lazımlı addımları atdıq və atmaqda davam edəcəyik. Bu çərçivədə Avropa İttifaqına üzv ölkələrə prezident hökumət rejiminə keçdikdən həyata keçirməyi planlaşdırdığımız reform prosesinə dair məlumat təqdim edirik. Baxmayaraq əsassız iddialar hesabata daxil edilir. Mart ayında Avropa Parlamenti Baş assambleyasında təsdiq olunacaq yekun hesabatın daha realist, qərəzsiz və təşviq edici olmasını gözləyirik. Türkiyə Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi çərçivəsində lazımlı islahatları həyata keçirir. Bizim əsas məqsədimiz xalqımızın rifahına   artırmaq, arzu edilən seviyyəyə qaldırmaqdır” –deyə Akson vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr