“Əməliyyat çağırışı”nda beynəlxalq əməkdaşlıq vurğulandı

Budapeşt Prosesi 6-cı Nazirlər Konfransında iştirak edən ölkələr tərəfindən yayılan 5 ili əhatə edən “Əməliyyat çağırışı”nda köç idarəsi və mühacir haqları mövzularında beynəlxalq əməkdaşlıq vurğulandı.

1149300
“Əməliyyat çağırışı”nda beynəlxalq əməkdaşlıq vurğulandı

Budapeşt Prosesi 6-cı Nazirlər Konfransında iştirak edən ölkələr tərəfindən yayılan 5 ili əhatə edən “Əməliyyat çağırışı”nda köç idarəsi və mühacir haqları mövzularında beynəlxalq əməkdaşlıq vurğulandı.

Türkiyənin ev sahibliyində  19-20 fevral tarixlərində İstanbulda keçirilən köç idarəsi, mühacir haqları və nizamsız köçün qarşısının alınması mövzularının müzakirə olunduğu Budapeşt Prosesi 6-cı Nazirlər Konfransında 6 maddəlik “Əməliyyat çağırışı” qəbul edildi.

Yayılan açıqlamada əməliyyat çağırışının toplantılardan sonra qəbul ediləcək siyasi bildiriş olan “İpək yolu köç tərəfdaşlığı: İstanbul vədləri”ni tamamlayan çağırış olduğu bildirildi.

Altı başlıqda hədəflər əhatə edən çağırışda ilkin planda nizamsız köçün və insan alverinin qarşısının alınması, nizamsız köçlə mübarizə, qeyri-qanuni maliyyə axınlarına mane olunması və geri göndərməmə prinsiplərinin tətbiqi barədə beynəlxalq insan haqlarına uyğun rəftar edərək əməkdaşlığı davam etdirməyin daşıdığı əhəmiyyətə diqqət çəkildi.

Çağırışda köçlərdə hədəf tranzit ölkə kimi istifadə olunun və nəzərdə tutulan əsas ölkəlar arasında əməkdaşlıq, geri göndərmə üsullarında beynəlxalq insan haqlarına əməl edilməsi yer aldı. Ayrıca məlumat və kommunikasiya texnologiyalarına dair həll yollarına riayət edərək prosesə sürət qazandırılması bildirildi. Çağırışdakı 6 əsas hədəf bunlardır:

  1. Nizamsız köçün qarşısını almaq və nizamsız köçlə mübarizə etmək, nizamsız mühacirlərin geri qayıtma və geri qəbul edilmələri işlərini asanlaşdırmaq və mühacir qaçaqçılığında əli olan cinayət təşkilatları ilə mübarizə aparmaq,
  2. Qanuni köç və hərəkətliliklə əlaqədar şərtləri daha yaxşı nizamlamaq və inkişaf etdirmək,
  3. Miqrantların inteqrasiyasına dəstək olmaq və ayrı-seçkilik, irqçilik və ksenofobiya faktları ilə mübarizə aparmaq,
  4. Həm köçün olduğu ölkədə həm də miqrantların getdiyi ölkədə köçün inkişaf üzərindəki müsbət təsirlərini artırmaq,
  5. İnsan alverinin qarşısını almaq və bununla mübarizə aparmaq, insan alverinin əsas səbəblərini müzakirə etmək və insan alverinə bais şəxsləri kifayət səviyyədə qorumaq və dəstək təmin etmək,
  6. Beynəlxalq standartlar çərçivəsində beynəlxalq qoruma ilə qaçqınların haqlarına hörmət göstərməyi təşviq etmək.


Әlaqәli Xәbәrlәr