Rəcəb Tayyib Ərdoğan: "Siyasi həllə bağlı ümidlər heç vaxt bu qədər cücərməmişdi"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın başda İdlib olmaqla, heç bir bölgəsində yeni humanitar böhranların baş verməsini istəmədiklərini bildirdi.

1145714
Rəcəb Tayyib Ərdoğan: "Siyasi həllə bağlı ümidlər heç vaxt bu qədər cücərməmişdi"

 

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə  Rusiyanın Soçi şəhərində keçirilən Suriya mövzulu Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısı başa çatdı.
 
 Zirvə toplantısından sonra ölkə liderləri birgə mətbuat konfransı keçirdilər.
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda çıxış edərək: "Suriyada sülhün və sabitlik mühitinin bərqərar olması istiqamətində aparılan işləri nəzərdən keçirdik. İdlib başda olmaqla, atəşkəsin təmin olunması əsas gündəm maddələri arasında idi" dedi.
 
Ərdoğan zirvə toplantısında Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı qərarının da dəyərləndirildiyini qeyd edərək, bunları söylədi:"ABŞ qüvvələrinin Suriyanı tərk etmə prosesi terror təhlükəsini aradan qaldırmaq anlayışı ilə həyata keçirilməlidir. Təhlükəsiz bölgələr terror təşkilatlarının böyüyəcəyi bir sahəyə çevrilməməlidir.  Terror dəhlizinə yol verməyəcəyik".
 
Türkiyə prezidenti üç zəmanətçi ölkə olaraq siyasi həlli yolunda ciddi məsafələr qət etdiklərini vurğulayaraq: "Siyasi həllə bağlı ümidlər heç vaxt bu qədər cücərməmişdi" dedi.
 
 Rusiya prezidenti Vladimir Putin də çıxışında:"Suriyadakı böhranın həlli üçün əhəmiyyətli olan fəaliyyət sahələrini müəyyən etdik. Suriyada terrorla mübarizə və humanitar vəziyyətin yaxşılaşması üçün çalışacağıq. 12-ci Astana danışıqları mart ayının sonunda keçiriləcək. Konstitusiya Komitəsi siyahısı demək olar ki, tamamilə təsdiq olundu" dedi.
 
 İran dövlət başçısı Həsən Ruhani: " Suriyalılar talelərini özləri müəyyən etməlidirlər. Bu ana qədər atəşkəs üçün böyük səylər göstərdik və buna əsasən nail olduq. Müharibəni sona çatdırdıq. Sabitliyi və sülhü təmin etdik.  Təəssüf ki, Amerika Birləşmiş Ştatları Suriyadakı terror qruplarından istifadə edərək məqsədlərinə çatmağa çalışır" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr