“Türkiyə suriyalı qaçqınlar mövzusunda dünyaya ən yaxşı nümunədir”, A. Eren

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin sədri Abdullah Eren BMT-nin mərkəzi qərargahında iştirak etdiyi tədbirdə çıxış edib.

1146029
“Türkiyə suriyalı qaçqınlar mövzusunda dünyaya ən yaxşı nümunədir”, A. Eren

“Türkiyə suriyalı qaçqınlar mövzusunda dünyaya ən yaxşı nümunədir”.

Bunu Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin sədri Abdullah Eren BMT-nin mərkəzi qərargahında iştirak etdiyi tədbirdəki çıxışında Suriya böhranı və Türkiyənin müvəqqəti qoruma statusu altında olan suriyalı gənclərin gücləndirilməsinə dair sosial təlim proqramlarından danışarkən deyib.

Eren 8-ci ilinə daxil olan Suriyadakı müharibə səbəbindən hazırda 2,5 milyondan artığı uşaq 5,7 milyon suriyalının Misir, İraq, İordaniya, Livan və Türkiyədə qaçqın statusunda olduğunu bildirərək deyib: “Bu vəziyyət dünyada ən böyük qaçqın məsələsinə səbəb olub. Türkiyə Suriya böhranın yaratdığı problemləri və təsirlərini birbaşa təcrübə edən ölkədir. Mübaribədən başını götürüb qaçaraq Türkiyəyə sığınan suriyalılar Türk səlahiyyətlilər və humanitar yardım təşkilatlarının əməkdaşları tərəfindən müvəqqəti qoruma mərkəzlərində yerləşdirilir. Ölkəmiz müvəqqəti qoruma statusu altında 4 milyondan artıq suriyalıya ev sahibliyi edir”.

Bu mərkəzlərdə yaşayan suriyalıların sayının 2011-ci ildə 10 faiz ikən bu gün bu nisbətin 5 faizə düşdüyünə və qaçqın stutusunda olan insanların işləyərək, təhsilini davam etdirərək sosial həyata uyğunlaşdırıldığına diqqət çəkən Abdullah Eren “Türkiyə sərhədindəki böhrana, milyonlarla insanın həyatda qalmasını və sağlam şəkildə həyatını davam etdirə bilməsinə imkan yaradan “açıq qapı siyasəti” ilə cavab verdi. Məqsədimiz hər zaman yaşlı, gənc, əlil, qadın, uşaq daxil heç kəsə diqqət yetirməkdir” deyə bildirib.

“Türkiyə milli və beynəlxalq miqyasda ciddi səy göstərdi və dünyaya Türkiyədə yaşayan suriyalı qaçqınların ictimai qəbulu və inkişafı baxımından ən yaxşı imkanları təqdim etmə nümunəsini ortaya qoydu” deyə Abdullah Ərən vurğulayıb.

Suriyalı tələbələrə təqaüd də verildiyini  vurğulayan Eren Əfqanıstan, İraq, Yəmən kimi 160-dan artıq ölkədən daha 17 min tələbənin təqaüdlə təmin edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr