Ömər Çelik gündəmlə bağlı açıqlama verdi

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Camal Xaşoqçi cinayətində Səudiyyə Ərəbistanının kifayət qədər əməkdaşlıq etmədiyini söylədi.

1143325
Ömər Çelik gündəmlə bağlı açıqlama verdi

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Camal Xaşoqçi cinayətində Səudiyyə Ərəbistanının kifayət qədər əməkdaşlıq etmədiyini söylədi.

Ömər Çelik partiyanın Mərkəzi İcra Şurası yığıncağında müzakirə olunan mövzulara dair açıqlamasında 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülən səudiyyəli jurnalist Camal Xaşoqçi cinayətinə toxunaraq dedi: “Türkiyə həmin mövzuda prosesi şəffaf şəkildə yürütdü və Səudiyyə Ərəbistanı rəsmilərinə edilən əməkdaşlıq çağırışlarına hələ də cavab ala bilmədi.

Açıqlamasında Venesueladakı vəziyyətə də toxunan Ömər Çelik “Biz Venesuela xalqının yanındayıq. Ölkənin konstitusiyasına, seçilmiş hakimiyyətə hörmət edirik” dedi.

ABŞ prezidenti Donlad Trampın Suriyada təhlükəsiz bölgə ilə əlaqədar təklifinə də münasibət bildirən Ömər Çelik bildirdi ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına son qoyulması məsələsi ləngidiləcək, zaman ərzində həll ediləcək yaxud da bazarlıq ediləcək bir məsələ deyildir. Türkiyə Silahlı Qüvvələri (TSQ) ölkənin əmin-amanlığı üçün istənilən əməliyyatı həyata keçirəcək qabiliyyətə sahibdir. Həmin bölgələrin terrorçular üçün təhlükəsiz bölgə olma statusundan çıxarılması və buranın NATO-nun müttəfiqi olan Türkiyə və NATO müttəfiqləri üçün təhlükəsiz bölgəyə çevrilməsi bu sahədə atılacaq ən düzgün addımdır.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik açıqlamasında İsrail tərəfindən Əl Xəlildəki sülh gücünün vəzifəsinə son qoyulmasına da toxunaraq bu qərarın bölgədəki gərginliyi dərinləşdirəcəyinə diqqət çəkdi.

Çinin “Şərqi Türküstan” siyasətlərinə də münasibət bildirən Çelik dedi: “Çin tərəfindən 2017-ci ildə “bütün dinlərin və inancların çinliləşdirilməsi” tərzində bir siyasət qüvvəyə mindirildi. Bu siyasətin assimilyasiyaya açıq müxtəlif xüsusiyyətlərinin olduğu dəfələrlə dilə gətirildi. Şərqi Türküstanda əhəmiyyətli ictimai rəy liderləri, sənətçi və çox sayda ziyalı itkindir. Bunların ailələrinə xəbər də verilmir. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Belə mövzularda şəffaf addımlar atılacağı təqdirdə gərginlik bir qədər səngiyəcək, hadisələrin detallarının gün işığına çıxarılmasına imkan yaranacaqdır.



Әlaqәli Xәbәrlәr