Albaniya nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir

Albaniya Daxili İşlər Naziri Sander Lieshajın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

1138809
Albaniya nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir

Albaniya Daxili İşlər naziri Sander Lieshajın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdıdir.

 Türkiyə Polis Baş İdarəsi tərəfindən nümayəndə heyətinin şərəfinə ziyafət verildi. 
 
 Ankara Polis Təhsil Mərkəzi tərəfindən təşkil olunan ziyafətdə Polis Baş İdarəsinin müdiri Cəlal Uzunkaya ilə Lieshajın başçılıq etdiyi nümayəndə heyəti bir araya gəldi.
 
 Albaniyanın Ankaradakı səfiri Genti Gazheli və Albaniya Polis İdarəsinin baş direktoru Ardi Veliu ilə yanaşı, Polis İdarəsinin baş direktor müavini Mehmet Fateh Serdengeçti və bəzi şöbə müdirlərinin də iştirak etdiyi tədbirin sonunda hədiyyələr təqdim edildi və xatirə fotosu çəkdirildi.



Әlaqәli Xәbәrlәr