Әrdoğan: ‘‘İdlibdә terror tәşkilatlarına qarşı birgә mübarizәmizi davam etdirәcәyik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şәhәrindә terror tәşkilatlarına qarşı Türkiyә vә Rusiyanın mübarizәsinin davam edәcәyini deyib.

1132087
Әrdoğan: ‘‘İdlibdә terror tәşkilatlarına qarşı birgә mübarizәmizi davam etdirәcәyik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şәhәrindә terror tәşkilatlarına qarşı Türkiyә vә Rusiyanın mübarizәsinin davam edәcәyini deyib.

Rәcәb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dünən Kreml Sarayında təkbətək və heyətlər arası baş tutan  görüşlәrdәn sonra  birgə mətbuat konfransı keçiriblәr.

 Putin ilə xüsusilə Suriyadakı vəziyyəti müzakirә etdiklәrini  bildirən Rәcәb Tayyib Ərdoğan deyib:  " Hәm İdliblә bağlı müqavilәnin, hәm dә dörd tәrәfli  Suriya sammitinin nəticələrinin həyata keçirilməsi mәsәlәsini müzakirә etdik.  İdlib başda olmaqla bölgәdәki  prosesləri nəzərdən keçirdik. Amerika Birləşmiş Ştatlarının  Suriyadan çıxma  qərarını qiymәtlәndirdik. Türkiyə ilә Rusiya arasındakı әmәkdaşlıq  Suriyanın sülh, təhlükəsizlik və sabitliyi baxımından çox әhәmiyyәtlidir.  İki ölkә arasındakı dialoq vә әmәkdaşlıq  sayәsindә çox sayda önәmli addım atıldı.  Rusiyalı  dostlarımızla əlaqəmizi gücləndirməkdə qərarlıyıq. Bütün bu mәsәlәlәri әziz  dostumla müzakirә etdik. Türkiyə olaraq yeganə məqsədimizin başda DEAŞ olmaqla PYD/YPG kimi terror təşkilatları ilә mübarizә mәsәlәsi olduğunu xüsusi vurguladım. Bu terror tәşkilatlarını dәstәklәyәnlәri dә çox yaxşı  tanıyırıq. Terror tәşkilatlarına qarşı birgә mübarizәnin әhәmiyyәtini vurğulamaq istәyirәm’’.

Rәcәb Tayyib Әrdoğan bir jurnalistin  Suriya Konstitusiya Komitәsi vә İdlibdәki son vәziyyәt ilә bağlı sualını belә cavablandırıb:

‘‘Әziz dostum hәm İdlib, hәm dә Konstitusiya Komitәsi mәsәlәsi ilә bağlı açıq vә dәqiq açıqlama verdi. İdlibdә terror tәşkilatlarına qarşı birgә mübarizәmizi qәtiyyәtlә davam etdirәcәyik. Bizim mәqsәdimiz Suriyanı terror tәşkilatlarından tәmizlәmәk vә Suriya xalqının xoşbәxtliyini tәmin etmәkdir. Bu mövzudakı qәtiyyәtimizi bir daha vurğuladıq. Konstitusiya Komitәsi mövzusunu da qiymәtlәndirdik’’.

Görüşdə  suriyalı qaçqınların ölkәlәrinә geri qayıdma məsələsini də qiymәtlәndirdiklәrini ifadə edən Ərdoğan deyib: ‘‘Tәxminәn dörd milyon qaçqına qapılarını açan bir ölkә olaraq bu mәsәlә  bizi yaxından maraqlandırır. Hәm ‘‘Fәrat Qalxanı’’, hәm dә  ‘‘Zeytun Budağı’’ әmәliyyatları nәticәsindә terrorçulardan tәmizlәnәn әrazilәrә bu günәdәk 300 min suriyalı geri qayıdıb. Bu әrazilәrә qayıdan suriyalılar әmin-amanlıq içindә normal hәyatlarını davam etdirirlәr. Bunu Fәrat çayının şәrqindә dә tәtbiq etmәk lazımdır’’

Bu əməkdaşlığı qarşıdakı  dövrdə keçirilәcәk ikitərəfli görüşlәrlә  və Astana formatındakı danışıqlarla davam etdirəcəklərini də vurğulayan prezident Ərdoğan: ‘‘Gәlәn ay cәnab Ruhaninin dә iştirakı ilә yeni üçtәrәfli zirvә görüşü Rusiyada hәyata keçirilәcәk. Bu görüşdәn dәrhal sonra Yüksәk Sәviyyәli Strateji Şurasının iclasını da keçirәcәyik’’.

Rәcәb Tayyib Әrdoğan bir jurnalistin  ‘‘Tәhlükәsiz bölgә mәsәlәsindә ABŞ ilә aparılan danışıqlarda konkret irәlilәyişlәr varmı?  Bu mәsәlә keçirilәn görüşdә müzakirә olundumu? suallarını  belә cavablandırıb: ‘‘Tәhlükәsiz bölgә mәsәlәsindәki danışıqlar davam etdirilir. Tәbii ki, tәhlükәsizliyimiz üçün tәhdid tәşkil edәn bölgәlәr bizim üçün әhәmiyyәt kәsb edir vә bu bölgәlәrdә tәdbir görmә mәsәlәsinә Amerika müsbәt münasibәtini ifadә etdi. Bu məsələ ilə bağlı  bizim Rusiya ilə də hər hansı bir problemimiz yoxdur. Bu mәsәlә ilә bağlı  qarşıdakı prosesdә  də müvafiq  dostlarımız, xarici işlər, müdafiə nazirlәrimiz, kәşfiyyat idarәlәrimiz görüşlәrini davam etdirәcәk’’.

Rәcәb Tayyib  Ərdoğan həmçinin  Türkiyə ilə Rusiya arasında turizm, iqtisadiyyat, ticarət, sənaye, enerji və mədəniyyət sahələrində çox intensiv әmәkdaşlığın olduğunu ifadә edib.



Әlaqәli Xәbәrlәr