Çavuşoğlu ABŞ qərarına münasibət bildirib

Türkiyə ABŞ-nın Suriyadan əsgərlərini çıxarma qərarını çoxtərəfli təhlil edərək  atılası  addımları  planlaşdırır.

1130065
Çavuşoğlu ABŞ qərarına münasibət bildirib

Türkiyə ABŞ-nın Suriyadan əsgərlərini çıxarma qərarını çoxtərəfli təhlil edərək  atılası  addımları  planlaşdırır. Bunu Xarici işlər naziri M. Çavuşoğlu İstanbulda Gənclik və İdman Nazirliyi Kredit və Tələbə Yataqxanalar Ümumi Müdirliyi tərəfindən təşkil edilən tədbirdə etdiyi çıxışında deyib.

ABŞ-ın Suriyadakı əsgərlərin ölkədən çıxmasına dair qəbul etdiyi qərara münasibət bildirən Mevlüt Çavuşoğlu: "Qərar əhatəli analiz edilməsə uğurlu olmaq çətinləşər. Budur ki Türkiyə qərarı çoxtərəfli dəyərləndirir və birgə qərarlarla bunu istiqamətləndirməyə səy edir. ABŞ-ın həmin qərarından sonra hər ölkə fərqli siyasətlər izləməyə başladı. Ancaq Türkiyənin siyasəti eynidir. Suriya terrorçulardan təmizlənsin, ölkədə sülh bərpa olsun, problemlərə siyasi həll yolu tapılsın, daha sonra da Suriya xalqının iradəsi hökm sürsün. Terrora qarşı mübarizənin Türkiyə üçün prioritet siyasət olduğunu heç kəs unutmamalıdır. Terroristlərə qarşı mübarizəmiz dünyanın harasında olarsa olsun davam edəcək.

 

 



Әlaqәli Xәbәrlәr