"Suriyadan gəri çəkilmə qərarı terror təşkilatı YPG/PKK-ya xidmət göstərməməlidir", H.Aksoy

Türkiyə ABŞ-ın əsgərlərini Suriyadan geri çəkmə qərarının terror təşkilatı YPG/PKK-ya xidmət göstərməməsinin lazım gəldiyini bildirdi.

1128711

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ rəhbərliyinin Suriyadan çıxma qərarını qiymətləndirərək deyib: “ABŞ əsgərlərinin Suriyadan çıxması YPG/PKK-ya xidmət göstərməməlidir. Sahədə heç kəs hər istədiyini edə bilməz”.

Aksoy həmçinin ABŞ-da bürokratiyada prezident Trampa qarşı müqavimət yarandığını vurğulayıb.

Amerikalı senator Lindsay Qrahamın Türkiyəyə edəcəyi səfər zamanı Suriya mövzusunan müzakirə olunacağını bildirən Aksoy Rusiya ilə əldə edilən İdlib razılaymasına da toxunaraq “Təxribatçılıqların İdlib müqaviləsini zəiflətməsinə icazə vermərik” deyib. 

Qeyd edək ki, Türkiyə və Rusiyanın 17 sentyabrda Soçidə qəbul etdikləri müqaviləyə əsasən, İdlibdə müxaliflər 15-20 km məsafədə yaradılacaq təhlükəsiz bölgədəki ağır silahları çıxarmışdılar.

Sözçü Aksoy Xarici İşlər naziri Mövlud Çavuşoğlunun fevralın 6-da Vaşinqtonda keçiriləcək DEAŞ Beynəlxalq Koalisiyası Xarici İşlər Nazirləri iclasına qatılmaq üçün ABŞ-a səfər edəcəyini də söyləyib.

Әlaqәli Xәbәrlәr