"Təhlükəsiz bölgədə PKK və Suriyadakı qolu olan YPG/PKK yer tuta bilməz" R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada mümkün olan təhlükəsiz bölgə yaradılması layihəsində terror təşkilatı PKK-nın bu ölkədəki qolu olan YPG/PKK-nın yer tuta bilməyəcəyini bildirib.

1126136
"Təhlükəsiz bölgədə PKK və Suriyadakı qolu olan YPG/PKK yer tuta bilməz" R.T. Ərdoğan

Suriyada mümkün olan təhlükəsiz bölgə yaradılması layihəsində terror təşkilatı PKK-nın bu ölkədəki qolu olan YPG/PKK yer tuta bilməz.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağından sonra təşkil etdiyi mətbuat konfransında deyib.

Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə dünən keçirilən telefon danışığında gündəmə gətirilən Suriyada təhlükəsiz bölgə təşkil edilməsi fikrinə toxunuldu. Türkiyənin bu düşüncəsi ABŞ-ın sabiq prezidenti Barak Obamaya da təklif edilmişdi. ABŞ Suriyada hava məkanına nəzarəti ələ keçirsə biz də qurudan bütün təhlükəsizliyi təmin edə bilərik demişdik. Obama bu mövzuda lazım olan addımları atmadı. Obamanın təklifi 31 km idi. Mənim də müsbət yanaşdığım bir mövzudur. Bununla əlaqəli fəaliyyətlər aparıla bilər.  Bu məsafə 20 mil də uzadıla bilər.

Türkiyənin Toplu Tikinti İdarəsi (TOKİ) vasitəsilə bu prosesə daxil ola biləcəklərini bildirən Ərdoğan “Logistika olaraq maddi dəstəkləri də bizə versələr belə bir təhlükəsiz bölgəni yaratmış olarıq. Bu, köçə də mane olar” deyə bildirib.

Ancaq təhlükəsiz bölgənin terrorçulara tərk edilə bilməyəcəyini vurğulayan Ərdoğan “YPG/PKK belə bir layihədə yer tuta bilməz, onlar terrorçudurlar. Koalisiya qüvvələrilə hərəkət edilər” deyib.

Suriya məsələsi barədə Rusiya prezideti Vladimir Putin və İran prezidenti  Həsən Ruhani ilə üçtərəfli görüşün gündəmdə olduğunu ifadə edən Ərdoğan Rusiyaya səfərinin ayın 23-də baş tuta biləcəyinin mümkünlüyünü dilə gətirib.



Әlaqәli Xәbәrlәr