ABŞ nümayəndə heyəti “Patriot” raket sistemləri ilə bağlı olaraq ikinci dəfə Ankaraya gəldi

Türkiyəyə 3,5 milyard dollarlıq “Patriot” raket sisteminin satışını təklif edən ABŞ-dan  paytaxt Ankaraya ikinci dəfə heyət gəldi.

1126310

ABŞ Müdafiə Nazirliyindən gələn heyətin gün ərzində Ankarada Müdafiə Sənayesi Sədrliyində görüşlər keçirdiyi bildirilir.

ABŞ heyətinin yanvarın 3-də Ankaraya reallaşdırdığı səfərində gündəmə gətirdiyi 3,5 milyard dollarlıq “Patriot” raket sisteminin satışına dair təklifi texniki heyətlər tərəfindən qiymətləndirilir.

Görüşlərdə uyğun kredit, texnologiya transferi və birgə istehsal kimi tələblərin gündəmə gələcəyi bildirilir.

Heyət Ankaradakı görüşlərini sabah da davam etdirəcək.

ABŞ Dövlət Departamentinin təsdiqindən sonra yenidən günmədə gələn “Patriot” hava müdafiə sistemi cəmi 140 ədəd raket və əlaqəli ekipaj əhatə edir.

ABŞ Dövlət Departamenti 3,5 milyard dollar məbləğindəki “Patriot” sistemlərinin Türkiyəyə satışını 19 dekabrda təsdiqləmişdi.

Әlaqәli Xәbәrlәr