“ABŞ terror təşkilatı YPG/PYD/PKK ilə Suriya kürdlərini bir-birinə qarışdırmamalıdır”, İ.Kalın

Prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın terror təşkilatı YPG/PYD/PKK ilə Suriya kürdlərini bir-birinə qarışdırmamasının vacibliyini vurğuladı.

1121644
“ABŞ terror təşkilatı YPG/PYD/PKK ilə Suriya kürdlərini bir-birinə qarışdırmamalıdır”, İ.Kalın

Prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın terror təşkilatı YPG/PYD/PKK ilə Suriya kürdlərini bir-birinə qarışdırmamasının vacibliyini vurğuladı.

Kalın Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton başçılığındakı ABŞ heyətilə Prezident İqamətgahında keçirilən görüşə dair mətbuata açıqlamasında dedi ki, ABŞ heyətilə Amerikan əsgərlərinin Suriyadan çəkilmə prosesinin necə olacağı məsələsi təfərruatlı şəkildə müzakirə olundu. Geriçəkilmə prosesindən sonra bölgədə necə vəziyyətin yaranacağı, xüsusilə (terror təşkilatı YPG/PYD/PKK-ya ABŞ tərəfindən) verilən ağır silahların nə olacağı, oradaki ABŞ hərbi bazalarının və logistik mərkəzlərinin taleyi kimi mövzuların da aydınlaşdırılması lazımdır. Görüş zamanı bu mövzular da ətraflı şəkildə danışıldı.

YPG/PYD/PKK mənsubu terrorçuların kürdlərin təmsilciləri ola bilməyəcəklərini vurğulayan İbrahim Kalın bildirdi ki, Suriya kürdləri ilə YPG/PYD/PKK-nın qarışdırılmasına reaksiya göstərdik. YPG/PYD/PKK-ya dəstək mövzusu ABŞ prezidenti Tramp rəhbərliyi üçün problem olaraq qalmaqda davam edir. Geriçəkilmə prosesinin YPG/PYD/PKK daxil olmaqla terror təşkilatlarına yaxud başqa ünsürlərə yeni imkanlar yaratmasına icazə verməməliyik.  Bizim YPG/PYD/PKK mövzusundakı mövqeyimiz dəqiqdir. Münbiç yol xəritəsi razılıq əldə olunduğu tərzdə tətbiq edilməlidir. Kürdlər də daxil olmaqla Suriyada bir dənə də mülki vətəndaşın canı və mülkünə ziyan dəyməməsi üçün Türkiyə üzərinə düşəni yerinə yetirir, yetirəcəkdir.

Prezident Ərdoğanın Boltonun görüş keçirmə tələbindən imtina etdiyi iddialarına da toxunan İbrahim Kalın qeyd etdi ki, cənab prezidentimizin Boltona təsdiqlənmiş görüş keçirmə vədi yox idi. Boltonun həmsöhbəti məlumdur. Bunu reaksiya kimi səciyyələndirmək düzgün olmaz. Boltonun İsraildəki açıqlamaları reaksiyaya səbəb oldu. “Türkiyə kürdləri qətl edəcək” kimi ifadələr PKK təbliğatıdır.

Boltona iki qovluq verdiyini bildirən Kalın qovluqlardan birinin YPG/PYD/PKK-nın Suriyada işlədiyi günahlar və insan hüquqları pozuntuları ilə əlaqəli olduğunu dedi.

Kalın “Gözləntimiz verilən silahların geri alınmasıdır. Bununla əlaqəli fəaliyyətlərinin olduğunu söylədilər, ancaq detallar qarşıdan gələn günlərdə ortaya çıxacaq, (Əməliyyat mövzusunda) Biz hər kəslə koordinasiya ilə işləyərik, amma heç kəsdən icazə almarıq” dedi.



Әlaqәli Xәbәrlәr