Qara dənizdə yük gəmisi batdı, ölənlər var

13 nəfərlik ekipajdan 11-nin Ukrayna, 2-nin isə Azərbaycan vətəndaşı olduğu qeyd edilib.

1120878
Qara dənizdə yük gəmisi batdı, ölənlər var
Samsun gemi

Qara dənizdə Samsun vilayəti sahillərində batan gəmidə 6 nəfər həlak oldu, 7 nəfər isə yaralandı.

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən “Volgabalt 214” gəmisi qəzaya uğradı.

Samsun vilayətinin valisi Osman Kaymak Samsun sahillərində qəzaya uğrayan gəmidə 6 nəfərin həyatını itirdiyini, 7 nəfərin isə xilas edildiyini bildirdi.

13 nəfərlik ekipajdan 11-nin Ukrayna, 2-nin isə Azərbaycan vətəndaşı olduğu qeyd edilib.

Digər tərəfdən gəmidə kömür yükü olduğu və ikiyə parçalandığı bildirilib.

Samsun Cümhuriyyət Baş Prokurorluğu Samsun sahillərində batan gəmiyə dair istintaq başladıb.

İstintaq çərçivəsində 80 mil məsafədə batan “8841644 IMO” nömrəli, “Volgabalt 214” adlı Panama bayrağı ilə üzən gəmidən xilas edilən və şəhərdəki xəstəxanalara yerləşdirilən şəxslərin ifadələrinə müraciət edildiyi bildirilib.  



Әlaqәli Xәbәrlәr