İraq prezidenti Türkiyәdә sәfәrdәdir

Bərham Saleh Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәrәfindәn rәsmi mәrasimlә qarşılanıb.

1118589
İraq prezidenti Türkiyәdә sәfәrdәdir
berhem salih-erdogan2.jpg
berhem salih-erdogan1.jpg

İraq prezidenti Bərhmm Saleh Türkiyәyә rәsmi sәfәr edib.

Bərham Saleh Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәrәfindәn Prezident İqamәtgahında rәsmi mәrasimlә qarşılanıb.

Mәrasimdә 16 tarixi Türk dövlәtini tәmsil edәn әsgәrlәr dә iştirak ediblәr.

Keçirilәcәk tәkbәtәk vә heyәtlәrarası görüşdәn sonra mәtbuat konfransı baş tutacaq.

Mәrasimdә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Milli Müdafiә naziri Hulusi Akar, Ticarәt naziri Ruhsar Pekcan, Kәnd Tәsәrrüfatı vә Meşә naziri Bekir Pakdemirli, Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın, Prezident Aparatının kommunikasiya mәsәlәlәri üzrә rәhbәri Fahrettin Altun, Müdafiә Sәnayesinin başçısı İsmail Demir, Ankara Valisi Vasip Şahin vә digәr rәsmilәr dә iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr