ABŞ nümayəndə heyəti sabah Ankarada səfərdə olacaq

ABŞ nümayəndə heyəti FETÖ ilə əlaqəli Türkiyənin ABŞ-a təqdim etdiyi yeni sübutlar məsələsində müzakirə aparmaq üçün sabah Ankaraya gələcək.

1117785
ABŞ nümayəndə heyəti sabah Ankarada səfərdə olacaq

ABŞ Federal Təhqiqat Bürosundan (FBI) rəsmilərin də iştirak edəcəkləri nümayəndə heyəti Ankaraya səfəri çərçivəsində Xarici İşlər Nazirliyi, Ədliyyə və Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüşəcək.

Görüş zamanı ABŞ-ın Türkiyənin FETÖ ilə əlaqədar təqdim etdiyi yeni sübutlara münasibəti açıqlanacaq. Bundan başqa ABŞ tərəfi FETÖ-yə bağlı təşkilat və şəxslərin 18 ştatda çirkli pulların yumasıyla bağlı başlatdığı araşdırmadakı son vəziyyəti Türkiyə tərəfinə çatdıracaq.

ABŞ nümayəndə heyətinin Ankaradakı danışıqları 4 Yanvarda da davam edəcək.

Ədliyə naziri Abdulhamit Gül, keçən həftə verdiyi açıqlamada ABŞ səlahiyyətlilərin Türkiyəyə gələcəyini, qarşılıqlı hüquqi yardım çərçivəsində danışıqların aparılacağını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr