Prezident Ərdoğan: “Türkiyənin heç bir dövlətin torpağında gözü yoxdur”

Türkiyə terrora qarşı mübarizədə tarixinin ən böyük uğurlarına imza atdığı 2018-ci  ili geridə buraxdı. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan yeni il münasibətiylə yaydığı bəyanatında deyib.

1116644
Prezident Ərdoğan: “Türkiyənin heç bir dövlətin torpağında gözü yoxdur”

Prezident Ərdoğan açıqlamasında: “ Rəbbimdən Yeni ilin başda əziz Türk milləti olmaqla bütün insanlığa xeyirli olmasını diləyirəm. Avqust ayında başlayan valyuta-faiz-inflyasiya hücumundan Türk iqtisadiyyatının güclü quruluşu və həyata keçirilən tədbirlər sayəsində qıssa müddətdə xilas olduq. Ölkənin ixrac həcmini artırdıq. Turist sayı baxımından rekord qırdıq. Büdcə kəsrini son dövrün ən az seviyyəsinə endirdik. Başda müdafiə sənayəmiz olmaqla tədqiqat və inkişaf etdirmə, məhz istehsal fəaliyyətlərini arzu edilən seviyyəyə qaldırdıq. Türkiyənin yerləşdiyi coğırafiyada cərəyan edən proseslər və terror məsələsinin kökünü kəsminin ən vacib məsələ olduğu idrakı ilə həm sahədə həm də diplomatiyada əsas seçimimiz fəal siyasət izləmək oldu. Suriya böhranının yarandığı ilk gündən tutmuş nümayiş etdirdiyimiz hümanitar və əxlaqı siyasətimizdən imtina etmədik. Zərər çəkmişlərdən və məzlumlardan uzaqlaşmadıq. Bölgəmizdə və bütün dünyada sabitliyin, ədalətin, tolerantlıq və sülhün bərpasını, hökm sürməsini, Qüdsün, Dəmeşqin, Bağdadın, Qahirənin, Tripolinin, Sarayevonın, Krımının hüququnun qorunmasını müdafiə etdik. Türkiyənin heç bir dövlətin torpağında, suverenliyində, haqqında, hüququnda gözü yoxdur. Bizim yeganə məqsədimiz xalqımızı, bölgədə yaşayan qardaşlarımızı, təhlükəsizliyin, sülhün, əmin-amanlığın hökm sürəcəyi gələcəyə qovuşdurmaqdır. Ölkəmiz yerləşdiyi coğragfiyada cərəyan edən hadisələrin qurbanı olmayacaqdır. Atılası bütün addımlarımızı bu anlayış və məntiq çərçivəsində planlayırıq. Suriyada törədilən hadisələrin azalmasına  başda Türkiyənin atdığı bu addımlar  töhvə  verdi. İraqın sabitliyini möhkəmləşdirəcək addımlar atmaqda da davam edəcəyik. Kiprdə, Şərqi Aralıq dənizində və Egey dənizindəki hüquqlarımızdan güzəştə getmiyəcəyik. Bununla səylərimiz davam edəcək. İzlədiyimiz siyasət ilə dünya ölkələri üçün nümunə təşkil edirik və edəcəyik. Terrora qarşı mübarizədə tarixin böyük uğurlarına imza atdıq. Türk silahlı qüvvələri dağlarda, şəhərlərdə, sərhədlərimizdəki gizlənən bütün terror təşkilatlarını  darmadağın   etdi.  Etməkdə  davam edəcək. Bu duyğularla 2019-ci ilin ölkəmiz, millətimiz, bölgəmizdəki qardaşlarımız və bütün insanlıq üçün sülh, dinclik, əmin-amanlıq, rifah və bərəkət ili olmasını diləyirəm”-deyə   prezident   Ərdoğan   vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr