Türkiyə nümayəndə heyəti Rusiyada görüşlәr keçirir

Türkiyәnin Xarici İşlər naziri Mövlud  Çavuşoğlu vә Milli Müdafiә naziri Hulusi Akarın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov vә Müdafiə naziri Sergey Şoyqu ilә Suriyadakı prosesləri qiymәtlәndirәcәyi iclas başlayıb.

1115834
Türkiyə nümayəndə heyəti Rusiyada görüşlәr keçirir

 

Türkiyәnin Xarici İşlər naziri Mövlud  Çavuşoğlu vә Milli Müdafiә naziri Hulusi Akarın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov vә Müdafiə naziri Sergey Şoyqu ilә Suriyadakı prosesləri qiymәtlәndirәcәyi iclas başlayıb.

Türkiyәnin Xarici İşlər naziri Mövlud  Çavuşoğlu, Milli Müdafiә naziri Hulusi Akar,  Milli Kəşfiyyat Təşkilatının  rəhbəri Hakan Fidan və Prezident Aparatının sözçüsü İbrahim Kalın rusiyalı  həmkarları  ilә  Rusiya Müdafiə Nazirliyində bir araya gəliblər.

İclasdan әvvәl açıqlama verәn Mövlud Çavuşoğlu  Türkiyə, Rusiya və İranın  Astana prosesi çәrçivәsindә  Suriya məsələsində sıx əməkdaşlıq etdiklərini  qeyd edərək: ‘‘Bu sayәdә bir çox mәsәlәdә ciddi irәlilәyişlәr әldә olunub’’ deyib.

Suriyadakı son prosesləri qiymətləndirmək üçün  Rusiyaya sәfәr etdiklәrini deyәn Mövlud Çavuşoğlu: ‘‘Rusiyalı tәrәfdaşlarımızla Suriya mәsәlәsindә nәlәr edә bilәcәklәrimizi  müzakirә edәcәyik’’ deyә söylәyib.

Rusiyanın Müdafiә naziri Segey Şoyqu  isә öz növbәsindә bildirib ki, İdlib mәsәlәsi ilә yanaşı İstanbulda әldә etdiyimiz müqavilәnin hәyata keçirilmәsini qiymәtlәndirәcәyik, hәmçinin ABŞ qoşunlarının Suriyadan çıxması vә Fәrat çayının şәrqindәki son vәziyyәti müzakirә edәcәyik.

İclasda Rusiyanı Sergey Şoyqu ilә yanaşı Xarici İşlәr naziri Sergey Lavrov, Rusiya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu generalı Valeri Gerasimov vә Rusiya prezidenti Vladimir Putinin Suriya mәsәlәlәri üzrә xüsusi nümayәndәsi Aleksandr Lavrentyev tәmsil etdilәr.

Mәlumata görә iclas bir saat yarım davam edib.

Mövlud Çavuşoğlu toplantıdan sonra açıqlama verib. Çavuşoğlu Suriya vә regional mәsәlәlәrdә Rusiya vә İranla әmәkdaşlıq etmәyә davam edәcәklәrini deyib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov da öz növbәsindә bildirib ki, Suriyanı terrorçulardan koordinasiyalı şәkildә tәmizlәmәk mәsәlәsindә  razılıq әldә etdik.

 



Әlaqәli Xәbәrlәr