Ərdoğan BMT-ni tənqid etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında da, Birləşmiş Millətlər Təşkilatında da ədalət deyə bir şeyin olmadığını söylədi.

1114048
Ərdoğan BMT-ni tənqid etdi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində Türkiyə Elmi və Texniki Araşdırma Qurumu (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyası (TÜBA) Mükafatları Mərasimində iştirak etdi.

Mərasimdə çıxış edən müsəlmanlara öz gələcəkləri və bəşəriyyətin ortaq məsələləri ilə bağlı söz demə haqqınının verilmədiyini vurğulayan Ərdoğan bunları bildirdi: "1,7 milyard əhaliyə sahib olan İslam dünyasının BMT Təhlükəsizlik Şurasında bir dənə də daimi üzvünün olmaması məhz bu səhv münasibətin nəticəsidir. Onun üçün "Dünya beşdən böyükdür" deyirəm ".
 
 BMT Təhlükəsizlik Şurasındakı ölkələr arasındakı bölgünün ədalətli olmadığını ifadə edən Ərdoğan: "Hər şey 5 daimi üzvün arasında olan  bir üzvdən asılıdır. Halbuki, BMT dünyada ədaləti təmin etmək üçün qurulmuşdu. BMT Təhlükəsizlik Şurasından da, Birləşmiş Millətlər Təşkilatından da  ədalət deyə bir şey gözləməyin, axtarmayın, yoxdur belə bir şey" ifadələrini işlətdi.
 
 Xaricdən asılılığın İslam dünyasının ən acı həqiqəti olduğunu qeyd edən Ərdoğan: "Öyrənilmiş çarəsizlik sindromu ilə üzləşirik. Biz bunun dəyişəcəyinə ürəkdən inanırıq. Türkiyə son 16 ildəki həmlələri ilə asılılıq köynəyini parçalayıb. İdxal edən deyil, qapıya qul olan deyil, öz ayaqları üzərində dayanan Türkiyə var"  dedi.
 
 Türkiyənin sərhədlərini qorumasına göstərdiyi həssaslığı, məlumatların qorunmasında da göstərdiyini bildirən Ərdoğan: "Kiber hücumlar dövlətin təhlükəsizliyinin və şəxsi məxfiliyin ən böyük təhdidlərindən biridir. Yarartdığımız " Ahtapot" proqramı bir güc strukturunun qərargahına edilən kiber hücumun qarşısını uğurla aldı. Bu proqram NATO təliminə daxil edilib" dedi.
 
 Türkiyənin elmi tədqiqatlarının  sərhədləri aşdığına diqqət çəkən Ərdoğan: "İki həftə əvvəl 20 illik xəyalı həyata keçirərək Kosmos Agentliyini yaratdıq. Ölkəmizi super liqaya daşıyacaq tarixi bir addım atdıq" deyə danışdı.



Әlaqәli Xәbәrlәr