Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadı

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə Tikinti Nazirliyinin binasına edilən terror hücumunu qınadı.

1113485
Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadı

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə Tikinti Nazirliyinin binasına edilən terror hücumunu qınadı.

Xarici İşlir Nazirliyinin açıqlamasında bildirilib: “Kabildə törədilən terror aktında xeyli sayda adamın həyatını itirməsindən və xəsarət almasından dərin kədər duyuldu. Həmin terror aktını qınayır, hücumda həyatını itirənlərə Allahdan rəhmət, dost Əfqanıstan hökumətinə və qardaş əfqan xalqına başsağlığı, yaralılara şəfa diləyirik."

Qeyd edək ki, Kabildə dünən həyata keçirilən intihar hücumu daha sonra silahlı şəxslərin  dövlət binasını mühasirəyə alması şəklində reallaşıb. Hücum nəticəsində 43 nəfərin həyatını itirdiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr