"Bunlar bir-birinin alternativi deyil, paralel prosesdir", İ.Kalın

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra İ.Kalın açıqlama verərək deyib...

1113029
"Bunlar bir-birinin alternativi deyil, paralel prosesdir", İ.Kalın

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyənin terrorla mübarizəni ən qərarlı şəkildə davam etdirəcəyini vurğuladı.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra İ.Kalın açıqlama verərək deyib:  

  “İsrailin Baş naziri Benyamin Netanyahu prezidentimizə yönəlik uyğun olmayan ifadələr işlədir. Öz ölkəsi korrupsiya günahlarına boğulmuş Netanyahu Ərdoğana sözlü hücum etməsi, Türkiyə Silahlı Qüvvələrinə dil uzatması ilə dünyanın diqqətini dağıtmaq, gündəmi başqa istiqamətə çəkmək, öz daxili sıxıntı və bəlalarından qurtulmaq istəyir. Amma bu, müvəqqəti yoldur.

  Netanyahunun baş nazir olduğu dövrdə 3 mindən çox fələstinli həyatını itirib ki, bunların 700-dən çoxu uşaq və qadınlardır. Əvvəlcə Netanyahu bunların hesabını verməlidir.

  Onun PKK-ya gizli bir simpatiyasımı var? Nə zaman Türkiyə İraq və Suriyada terror təşkilatlarına qarşı əməliyyat keçirsə, bir baxırsan, səs İsraildən, Baş nazirinin ofisindən gəlir. Onları narahat edən bu terror əməllərinə qarşı bizim apardığımız qanuni müdafiə hərəkatlarıdırmı? Görəsən, PKK terror təşkilatı ilə İsrail hökuməti və Baş nazirinin nə gizli əlaqəsi var?

  Türkiyə terror təşkilatlarının nəfəs almaması üçün mübarizəni koordinasiya və ən qərarlı şəkildə davam etdirəcək. Bunun üçün nə İsrail, nə bir başqa ölkədən icazə, razılıq almırıq.

  Türkiyənin Şərqi Aralıq dənizində neft və qaz arama çalışmaları davam edəcək. Kıbrıs (Şimali Kipr) türkünün haqq və hüququnu hər platformada qoruyacağıq.

  Digər məsələ, ABŞ-dan gələcək hər hansı qərar Rusiyadan S-400-ləri almağa təsir etməyəcək. Bu proses artıq başa çatıb. İlk hissələrin təhvili 2019-cu ilin oktyabrında olacaq.

  Türkiyənin sərhədlərinin böyük olduğunu xatırladaraq deyək ki, biz ancaq S-400-lərlə kifayətlənə bilmərik. Təhlükəsizlik ehtiyaclarımız üçün biz ABŞ-dan “Patriot”ları da alacağıq. Bunlar bir-birinin alternativi deyil, paralel prosesdir.

  Prezident Ərdoğan son telefon danışığında Donald Trampı Türkiyəyə dəvət etdi. O da məmnuniyyətlə qəbul edərək 2019-cu ildə mütləq ölkəmizə səfər edəcəyini bildirdi. Biz bu səfərdən məmnun olarıq.”



Әlaqәli Xәbәrlәr