"Türkiyə İndoneziyanın çətin günlərində onun yanındadır", B.Yıldırım

Türkiyə dünyadakı bütün məzlum ölkə və cəmiyyətlərdə olduğu kimi, belə ağır günlərində dost ölkə İndoneziyanın da yanındadır.

1112259
"Türkiyə İndoneziyanın çətin günlərində onun yanındadır", B.Yıldırım

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Türkiyənin sunami fəlakətinin yaşandığı dost ölkə İndoneziyanın bu çətin günlərində yanında olduğunu söyləyərək belə bir mesaj yayıb:

  “İndoneziyanın Sunda boğazı bölgəsində meydana gələn sunami fəlakəti zamanı 280-dən çox insan həyatını itirib, mindən artıq adam yaralanıb. Türkiyə bu faciədən böyük bir kədər duyur, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir. Sunami fəlakətinə məruz qalan dost və qardaş İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk. Türkiyə dünyadakı bütün məzlum ölkə və cəmiyyətlərdə olduğu kimi, belə ağır günlərində dost ölkə İndoneziyanın da yanındadır.”



Әlaqәli Xәbәrlәr