Türkiyə prezidenti Fələstin lideri ilə telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı oldu.

1111826
Türkiyə prezidenti Fələstin lideri ilə telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı oldu.

Türkiyə Prezident Aparatından verilən məlumata görə, Fələstin lideri Mahmud Abbas bölgədəki hadisələrin son inkişafı, xüsusilə də, bəzi səfirliklərin Qüdsə köçürülmə qərarları ilə bağlı məlaumatları Ərdoğanla bölüşüb.

Liderlər Fələstin probleminin həllini çətinləşdirəcək səhv addımların qarşısının alınması yolları ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti telefon görüşündə ölkəsinin fələstinlilərin haqlı iddialarına dəstək verməyə davam edəcəyini bir daha vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr