Çavuşoğlu: "Liviyalıların liderlik etdiyi siyasi prosesi dəstəkləyirik”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin liviyalıların  liderlik etdiyi siyasi prosesi dəstəklədiyini söylədi.

1111990
Çavuşoğlu: "Liviyalıların liderlik etdiyi siyasi prosesi dəstəkləyirik”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviyanın paytaxtı Trablusa etdiyi rəsmi səfər proqramı çərçivəsində Liviya Milli Razılıq Hökumətinin Xarici İşlər naziri Məhəmməd Tahir Siyala ilə görüşdü.

Görüşdən sonra birgə mətbuat konfransı keçirildi.

Mövlud Çavuşoğlu Liviyadakı siyasi proses üçün Birləşmiş Millətlər Təşkilatının, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Gassan Selamenin və Liviya xalqının və rəhbərliyinin davam etdirdiyi səylərə tam dəstək verdiklərini bu sözlərlə ifadə etdi: "Liviyalıların liderlik etdiyi  siyasi prosesi dəstəkləyirik”.

"Biz başqalarının bu prosesə kənardan müdaxilə etməsinin uyğun olmadığını düşünürük" deyən Xarici İşlər naziri Liviyanın bir tərəfdən ədalətli şəffaf və demokrat bir seçkilərə hazırlaşdığına, digər tərəfdən üz-üzə qaldığı problemlərlə mübarizə etdiyinə diqqət çəkdi.

Çavuşoğlu Liviyanın terrorla mübarizəsini qətiyyətlə davam etdirdiyini qeyd edərək, son zamanlarda gördüyü tədbirləri məmnuniyyətlə qarşıladıqlarını və dəstəklədiklərini söylədi.

Liviya iqtisadiyyatının stabilləşdirilməsi yolunda görülən tədbirləri və islahatları da yaxından təqib etdiklərini vurğulayan nazir Liviyanın gələcək illərdə güclü bir ölkə ola bilməsi üçün iqtisadi olaraq hazır olnmasının əhəmiyyətini vurğuladı.

Çavuşoğlu Türkiyə firmalarının keçmiş zamanlarda olduğu kimi gələcəkdə də Liviyanın inkişafına töhfə verməyə hazır olduqlarını bildirdi.

Türkiyənin Xarici İşlər naziri Prezident Aparatı Şurası sədrinin müavini Əhməd Maytik ilə də görüşdü.

 

 



Әlaqәli Xәbәrlәr