Rәcәb Tayyib Әrdoğan Suriya ilә bağlı açıqlama verdi

Mәrasimdә açılış nitqi ilә çıxış edәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ prezidenti Donald Trampla Suriya mәsәlәsi ilә bağlı apardıqları  telefon danışığına toxunub.

1111423
Rәcәb Tayyib Әrdoğan Suriya ilә bağlı açıqlama verdi

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulda keçirilәn ‘‘500 xidmәt ixracatçısı mükafatı ’’ mәrasimindә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ prezidenti Donald Trampla Suriya mәsәlәsi ilә bağlı apardıqları  telefon danışığına toxunub.

‘‘Donald Tramp telefon danışığımızda dedi: “Siz DEAŞ-ı  təmizləyə bilərsiniz?” Dedim: “Təmizləyərik”. Lazımi logistik  dəstəyi siz tәmin edin,qalanını biz edərik.  Cerablusda  3 min DEAŞ terrorçusunu zәrәrsizlәşdirdiyimiz kimi PKK, PYD,YPG terrorçularına  da lazımi zәrbәni endirәcәyik. Bütün terrorçu qruplaşmaları zərərsizləşdirməyə qadir Türkiyə hərbçisi və Azad Suriya Ordusu var. ’’ deyә Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Әrdoğan Fәrat çayının şәrqindә keçirilәcәk әmәliyyat ilә bağlı deyib: ‘‘Donald Trampla apardığımız telefon danışığında bu mәsәlәni müzakirә etdik vә bir müddət gözləməyi məqsədəuyğun saydıq’’.



Әlaqәli Xәbәrlәr