Rәcәb Tayyib Әrdoğan Hәsәn Ruhanini rәsmi mәrasimlә qarşıladı

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  dünәn axşam radәlәrindә Ankaraya sәfәr edәn İran prezidenti Hәsәn Ruhanini  rәsmi mәrasimlә qarşıladı.

1110637
Rәcәb Tayyib Әrdoğan Hәsәn Ruhanini rәsmi mәrasimlә qarşıladı

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Ankaraya sәfәr edәn İran prezidenti Hәsәn Ruhanini  rәsmi mәrasimlә qarşıladı.

Qarşılama mәrasimindәn sonra iki ölkәnin himnlәri sәslәndirildi. Mәrasimdә 16 tarixi Türk dövlәtini tәmsil edәn bayraqlar vә әsgәrlәr iştirak etdi.

Keçirilәcәk tәkbәtәk görüşdәn sonra Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının toplantısı baş tutacaq. Toplantıdan sonra Rәcәb Tayyib Әrdoğan vә Hәsәn Ruhani  birgә mәtbuat konfransı keçirәcәklәr. Mәlumata görә, Prezident Rәcәb Tayyib Әrdoğan qonaq prezidentin şәrәfinә rәsmi ziyafәt verәcәk.

İki lider ziyafәtdәn sonra Çankaya Köşkündә keçirilәcәk Biznes Forumunda iştirak edәcәklәr.

Qeyd edәk ki, qarşılama mәrasimindә Ekologiya vә Şәhәrsalma naziri Murad Kurum, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Xәzinә vә Maliyyә naziri Berat Albayrak, Sәnayә vә Texnologiya naziri Mustafa Varank, Ankara Valisi Vasip Şahin, Müdafiә Sәnayesinin rәhbәri İsmail Demir dә iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr