Hulusi Akar Qәtәrdә sәfәrdәdir

Hulusi Akar Qәtәrin Milli Günü münasibәti ilә  bu ölkәyә sәfәr edib.

1110579
Hulusi Akar Qәtәrdә sәfәrdәdir

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Suriyada Fәrat çayının şәrqini işğal edәrәk xәndәk vә tunellәr qazan separatçı terror tәşkilatı YPG/PKK  terrorçularını qazdıqları xәndәklәrә basdıracaqlarını söylәyib.

Hulusi Akar Qәtәrin Milli Günü münasibәti ilә  bu ölkәyә sәfәr edib.

Nazir Hulusi Akar sәfәri çәrçivәsindә Dohadakı Türk  Birlәşmiş Müştәrәk Qüvvәlәr Komandanlığına baş çәkib.  

Komandanlıqdakı hәrbi personala xitab edәn Hulusi Akar  2017-ci ildә ‘‘Fәrat Qalxanı’’, 2018-ci ildә isә ‘‘Zeytun Budağı’’ әmәliyyatlarını müvәffәqiyyәtlә hәyata keçirdiklәrini ifadә edib.

‘‘İndi sıra Münbiç vә Fәrat çayının şәrqindәdir’’ deyәn Hulusi Akar: ‘‘Hazırda Münbiçdә vә Fәrat çayının şәrqindә xәndәklәr vә tunellәrin qazıldığı ilә bağlı mәlumat әldә etdik. Xәndәk vә tunellәr qazan terroçular vaxtı gәlәndә hәmin xәndәklәrә basdırılacaqlar’’ deyә qeyd edib.

Terror tәşkilatı PKK-nın İraqın şimalındakı mövcudluğuna da diqqәt çәkәn Hulusi Akar: ‘‘Bununla әlaqәdar hәm Sincar, hәm dә Karaca dağı bölgәlәrindә hava әmәliyyatı keçirildi. Әmәliyyatlar zamanı dinc әhalinin zәrәr görmәmәsi üçün hәr növ tәdbir görüldü. Günahsız insanlara zәrәr vermәdәn oradaki terrorçular zәrәrsizlәşdirildi’’ ifadәlәrini işlәtdi.

Hulusi Akar Sincar bölgәsinin Kandil kimi terrorçuların yuvasına çevrilmәsinә icazә vermәyәcәklәrini deyib.

Egey vә Aralıq dәnizlәrindә Türkiyәnin vә Şimali Kıbrıs Türk Respublikasının haqqlarını qoruyacaqlarını ifadә edәn Hulusi Akar: ‘‘Ölkәmizin vә xalqımızın hüquqlarını qoruyacağıq’’ deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr