Hәsәn Ruhani Türkiyәdә sәfәrdәdir

İran prezidenti Hәsәn Ruhani rәsmi görüşlәr keçirmәk üçün dünәn axşam radәlәrindә Türkiyәyә sәfәr edib.

1110275
Hәsәn Ruhani Türkiyәdә sәfәrdәdir

İran prezidenti Hәsәn Ruhani rәsmi görüşlәr keçirmәk üçün dünәn axşam radәlәrindә Türkiyәyә sәfәr edib.

Hәsәn Ruhani hava limanında Türkiyәnin Enerji vә Tәbii Sәrvәtlәr naziri Fatih Dönmәz vә bәzi rәsmi şәxslәr tәrәfindәn qarşılanıb.

Türkiyә-İran Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının V iclası Prezident Rәcәb Tayyib Әrdoğan  vә Hәsәn Ruhaninin sәdrliyi ilә dekabrın 20-dә paytaxt Ankarada keçirilәcәk.

Müvafiq Nazirliklәrin iştirakı ilә keçirilәcәk şura toplantısında Türkiyә vә İran arasındakı münasibәtlәrin bütün aspektlәri müzakirә olunacaq.

Toplantıda ikitәrәfli münasibәtlәr ilә yanaşı, regional  vә beynәlxalq proseslәr әtrafında fikir mübadilәsinin aparılması nәzәrdә tutulur.

Hәsәn Ruhani Ankaraya sәfәr etmәzdәn әvvәl Tehrandakı Mehrabad hava limanında  jurnalistlәrә açıqlama verәrәk Türkiyә-İran münasibәtlәrini qiymәtlәndirib.

‘‘Türkiyәnin bizim üçün xüsusi әhәmiyyәti var’’ deyә Hәsәn Ruhani: ‘‘Türkiyә ilә çox ortaq nöqtәmiz var’’ deyә qeyd edib.

Hәsәn Ruhani bildirib ki, Türkiyәnin son aylarda ABŞ-ın sanksiyalarına qarşı İran mәsәlәsindә nümayiş etdirdiyi mövqeyini mәmnunluqla qarşılayırıq.



Әlaqәli Xәbәrlәr