Türk Hava Yolları 3 mükafata layiq görüldü

Türk Hava Yolları (THY) ABŞ mənşəli qlobal nəşr orqanı “Global Traveler”in təşkil etdiyi və oxucular arasında keçirilən sorğu nəticəsində müəyyən edilən üç mükafata layiq görüldü.

1108937
Türk Hava Yolları 3 mükafata layiq görüldü

Dünyanın ən çox ölkə və beynəlxalq destinasiyasına uçuş reallaşdıran Türk Hava Yolları (THY) ABŞ mənşəli qlobal nəşr orqanı “Global Traveler”in təşkil etdiyi və oxucular arasında keçirilən sorğu nəticəsində müəyyən edilən üç mükafata layiq görüldü.

ABŞ-ın Koliforniya ştatında Bevirly Hills şəhərində keçirilən mərasimdə “Ən yaxşı təşkilatlı səyahət proqramı” kateqoriyasında, müştərilər üçün xüsusi hazırlanan proqram “Turkish Airlines Corporate Club” un mükafatlandırıldığı gecədə THY həmçinin dalbadal ikinci dəfə “Business sərnişinləri üçün ən yaxşı hava yolu” və “Ən yaxşı hava limanı personalı” mükafatlarına da layiq görüldü.

Cari il 15-ci dəfə keçirilən tədbirdə iş və tətil üçün səyahət edən 22 mindən sərnişin 80-dən artıq kateqoriyada ən yaxşı firmanı müəyyənləşdirmək üçün sorğuda iştirak etdi.

Dünyanın ən əhatəli və təşkilatlı proqramlarından biri olan “Turkish Airlines Corporate Club” üzvlərinə imtiyazlı xidmətlər göstərir. Həmçinin müəssisə və təşkilatlar üçün dəyişik və uyğun xərclərin təqdim olunduğu üstünlüklər təmin edir.

Proqram çərçivəsində üzvlər iştirak etmək üçün pul və-yaxud da vəd vermirlər. Bununla yanaşı xüsusi endirmlər, bagaj haqları, bilet alınması zamanı müəyyən asanlıqlar kimi bir sıra üstünlüklər və ayrıca xüsusi sərnişin salonlarından istifadə etmək kimi əhəmiyyətli imkanlar da əldə edə bilirlər.

THY hazırda beş qitədə 124 ölkədəki 300-dən artıq nöqtəyə uçuş reallaşdırır. Amerika qitəsindəki 17 şəhəri İstanbuldan üç saatdan daha az müddətdə 40-dan artıq ölkə ilə irtibatlandırır.



Әlaqәli Xәbәrlәr