TİKA Yəmənə humanitar yardımlarını davam etdirir

Vətəndaş müharibəsinin 4 ildir davam etdiyi və xalqın qıtlıqla qarşı-qarşıya qaldığı Yəməndə Türkiyənin humanitar yardımlarla bağlı çoxtərəfli xarici siyasəti davam edir.

1109272
TİKA Yəmənə humanitar yardımlarını davam etdirir

Vətəndaş müharibəsinin 4 ildir davam etdiyi və xalqın qıtlıqla qarşı-qarşıya qaldığı Yəməndə Türkiyənin humanitar yardımlarla bağlı çoxtərəfli xarici siyasəti davam edir.

 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Rəhbərliyi (TİKA) 2012-2018-ci illər arasında Yəməndə başda təhsil, səhiyyə, kənd təsərrüfatı və infrastruktur olmaqla cəmi 93 layihə və fəaliyyət həyata keçirib.

 TİKA-nın 2012-ci ilin aprel ayında Sanada açılan ofisi Yəmən daxilində təhsil üzrə 25, səhiyyə üzrə 15, inzibati infrastruktur sahəsində 23, humanitar yardım sahəsində 17, mədəni əməkdaşlıq sahəsində 8, kənd təsərrüfatı və heyvandarlıq sahəsində 5 layihə həyata keçirdi.

TİKA 2013-cü ildə paytaxt Sana, Ədən, Taiz və Hudeydə şəhərlərinə 4 ədəd dializ mərkəzi qurub.

 TİKA prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Ədən və Taizdə iki ədəd “Ağır İqlim Tipli Səhra Xəstəxanası” qurub.

 Ölkənin inzibati sisteminin gücləndirilməsi məqsədilə 200-ə yaxın yəmənli dövlət əməkdaşına Türkiyədə müxtəlif təlimlər keçilib.

 Ədən Əmin Naşir Səhiyyə İnstitutu vacib olan avadanlıqlarla təmin olunub.

TİKA bu çərçivədə 250 nəfərlik tələbə yataqxanasını təmir edib. 500 nəfərlik iki tələbə yataqxanasını avadanlıqla təmin edib.

 Ölkədə yoluxucu xəstəliklərlə mübarizə və Ədənin daha uyğun şəraitdə olması üçün müharibədən qalan tullantılar və yığılan zibillər təmizlənib.

 Dali, Taiz, Lahiç, Ebyen və Ədənin müxtəlif bölgələrində yaşayan minlərlə ailəyə ərzaq yardımı edilib.



Әlaqәli Xәbәrlәr