Türkiyə ilə Balkan ölkələri arasındakı ticarət dövriyyəsi artıb

Türkiyə iş adamları Balkan ölkələrində dəyəri 9,5 milyard dollar olan 337 layihə həyata keçiriblər. Bunu Ticarət naziri Ruhsar Pekcan deyib.

1108497
Türkiyə ilə Balkan ölkələri arasındakı ticarət dövriyyəsi artıb

İstanbulda Avropa Komissiyasının keçmiş vitse-prezidenti Günter Verheugen Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri və Balkan Palatalar Birliyinin dövri sədri Rifat Hisarcıklıoğlunun iştirak etdiyi Balkan ölkiləri Palatalar Birliyinin ümumi iclasında çıxış edən nazir Ruhsar Pekcan 10 Balkan ölkəsinin palatalar birliyi rəhbərlərinin qarşısında olmaqdan dərin məmnuniyyət duyduğunu vurğulayıb.

Nabir bildirib ki, Balkanlar Türkiyə üçün coğrafi, siyasi və iqtisadi baxımdan olduğu qədər, tarixi, mədəni və xalqlar arası əlaqələr cəhətdən də əhəmiyyət daşıyır. Balkan palatalar Birliyi ölkələr arasında iqtisadi və ticarət əlaqələrin inkişafına töhfə verir. Bu ilin noyabr ayı əsas götürüldükdə, Balkan Palatasına üzv ölkələr ilə Türkiyə arasındakı ticarət dövrüyəsi 9% artıb. Bu da əlaqələrdə nə qədər doğru istiqamətdə olduğumuzun göstəricisi hesab edilir. Zikr edilən dövrdə Türkiyənin Balkan ölkələri ilə həm ixracat həm də idxalat həcmində artım qeydə alınıb. Ancaq bu qazan-qazan pirinspi əsas götürülərək daha da irəli pillələrə qaldırılmalıdır. Qarşılıqlı investisiyaların artmasını yüksək qiymətləndiririk. Bütün manələri  aradan  qaldıraraq asand xidmət tətbiqinə keçildi.

Balkan Palatalar Birliyi üzvü olan ölkələrlə Türkiyə iş adamları arasında fikir mübadiləsini gücləndirərək Balkan ölkələrinin hər sahədə inkişafına töhfə verəcək dəstəyimizi davam etdirəcəyik- deyə nazir Pekcan vurğulayıb.



Әlaqәli Xәbәrlәr