M.Çavuşoğlu Nobel Sülh mükafatı laureatı Nadia Muradı qәbul edib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu 2018-ci il üçün  Nobel Sülh mükafatının laureatı  Nadia Muradı qәbul edib.

1108534
M.Çavuşoğlu Nobel Sülh mükafatı laureatı Nadia Muradı qәbul edib

 

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu 2018-ci il üçün  Nobel Sülh mükafatının laureatı  Nadia Muradı qәbul edib.

Diplomatik mәnbәlәrdәn әldә olunan mәlumata görә, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  dünәn  18-ci Beynәlxalq Doha Forumunda iştirak etmәk üçün sәfәr etdiyi Qәtәrdә  2018-ci ildә Nobel Sülh mükafatına layiq görülәn Nadia Murad ilә bir araya gәlib.

Görüşlә bağlı şәxsi Twitter sәhifәsindәn açıqlama verәn Mövlud Çavuşoğlu: ‘‘ 2018-ci ildә Nobel Sülh mükafatına layiq görülәn yezidi Aktivist Nadia Murad ilә yezidilәrin vәziyyәtini müzakirә etdik. Terror tәşkilatı PKK/PYD/YPG İraq vә Suriyada dinc әhaliyә  zülm etmәyә davam edir’’ deyә qeyd edib.

Qeyd edәk ki, Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu 18-ci Beynәlxalq Doha Forumu çәrçivәsindә görüşlәr keçirdi.



Әlaqәli Xәbәrlәr