"Biz həmişə terrorçuların beynindəyik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqda separatçı terror təşkilatı YPG/PKK-lilərə qarşı terror əməliyyatlarının davam edəcəyini vurğuladı.

1107955
"Biz həmişə terrorçuların beynindəyik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqda separatçı terror təşkilatı YPG/PKK-lilərə qarşı terror əməliyyatlarının davam edəcəyini vurğuladı.

  İstanbulun Esenler rayonunda 15 Temmuz Millet Parkı və İstanbul Esenler Tamamlanmış İnşaat Layihələri tədbirinin açılış mərasimində iştirak edən R.T.Ərdoğan buradan insanlara səslənərək terrorla mübarizədə müvəffəqiyyətli nəticələrin əldə edildiyini vurğulayaraq dedi:

  “Suriyanın şimal və İraqın Türkiyə sərhədinə yaxın bölgələri işğal edən YPG/PKK-nın buralarda xəndək və səngərlər qazaraq varlıqlarını sürdürməyə çalışırsa da, biz də terrorçulara qarşı müvəffəqiyyətli əməliyyatları davam etdiririk.

  Biz Suriyada Zeytun Budağı və Afrin əməliyyatlarını həyata keçirdik. İndi Sincar (İraq) əməliyyatına başlamışıq. Biz həmişə terrorçuların beynindəyik. Onları qazdıqları çuxurlarında basdırmağa davam edəcəyik. Terrorçular xalqıma problem olmayacaq. Biz mehmetciklerimizlə (Türkiyə Silahlı Qüvvələri) və Azad Suriya Ordusu ilə birlikdə oradayıq. Allahın izni ilə sərhədlərimizə və vətənimizə hücum edənlərə dərslərini verəcəyik”.



Әlaqәli Xәbәrlәr