Dünyada Türk dilinə maraq artır

Türk Dil Qurumunun rəhbəri professor Gürər Gülsevin Türk dilinin artıq seriallar vasitəsilə dünyanın hər tərəfinə yayıldığını və bu dili öyrənmək istəyənlərini sayının artdığını bildirdi.

1105333
Dünyada Türk dilinə maraq artır

 Türk Dil Qurumunun rəhbəri professor Gürər Gülsevin Antalyada təşkil olunan bir konfransda dünyada diqqət çəkən dillərdən birinin Türk dilinin olduğunu söylədi.
 
 Bir çox ölkədə Türk dilini öyrədən təhsil mərkəzlərinin  olduğunu bildirən Gülsevin: "Türk dilini öyrənmək istəyənlərin sayı artır, çünki Türkiyədə istehsal olunan seriallar, filmlər bütün dünyaya satılır" dedi.
 
 Gülsevin Türk seriallarına Orta Asiyada, Orta Şərqdə, Balkan ölkələrində və başqa bir çox yerdə böyük maraq göstərildiyini bildirdi.

 Gülsevin dünyada amerikan kinosundan sonra Türk seriallarının ikinci yerdə olduğunu da qeyd etdi.



Әlaqәli Xәbәrlәr