Ərdoğan Fəratın şərqinə hərbi əməliyyatın siqnalını verdi

Argentinada keçirilən G-20 Liderlər Zirvə Toplantısında iştirak edən Ərdoğan burada təşkil olunan mətbuat konfransındakı çıxışında dedi...

1098758
Ərdoğan Fəratın şərqinə hərbi əməliyyatın siqnalını verdi
erdogan g-20 basin1.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqinə hərbi əməliyyatın siqnalını verdi.

  Argentinada keçirilən G-20 Liderlər Zirvə Toplantısında iştirak edən Ərdoğan burada təşkil olunan mətbuat konfransındakı çıxışında dedi:

  “Fəratın qərbini olduğu kimi, şərqini da separatçı terror təşkilatının zülmündən və işğalından çox yaxın bir zamanda azad edəcəyik. Bu kimi məsələlərdə müttəfiqlərimizdən ikili standart deyil, səmimiyyət gözləyirik.  

  Biz terrora biganə qala bilmərik. Suriyanın şimalında Türkiyə və regionun təhlükəsizliyinə təhdid yaradan heç bir tikiliyə icazə vermərik.

  Sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşdük və Münbiç və Fətullahçı Terror Təşkilatı (FETÖ) başçısının qaytarılması məsələlərini müzakirə etdik. PYD/YPG terror təşkilatlarına qarşı münasibətimi təkrarladım. Münbiçi onlardan təmizləmək üçün birlikdə hərəkət etməli olduğumuzdan danışdıq.

  FETÖ dəstəbaşı Gülənin qaytarılmasından bəhs etdik. Bu mövzuda da ümidliyəm.

  İdlibin terror təşkilatlarından təmizlənməsi məsələsini isə Rusiya ilə qərarlı şəkildə davam etdiririk.

  Sammitdə ikitərəfli görüşlərin əsas mövzularından biri də Camal Xaşoqçi qətlilə bağlı idi. Onun 7,5 dəqiqə içində boğularaq öldürüldüyü və ümumiyyətlə, cinayətə dair bütün məlumat və sənədləri ölkələrlə bölüşdük. Xaşoqçi cinayəti alçaq bir hərəkətdir. Və bu, həm də bütün dünyanın məsələsidir.

  Cinayətin baş verdiyi yer İstanbul olduğu üçün cinayətkarların bura qaytarılmasını tələb edirik.

  Bu vəhşi cinayətin əmrini verən və bütün təqsirkarları ortaya çıxmayınca nə İslam dünyası, nə də ictimaiyyətin qane olması mümkün deyil. Bizim Səudiyyə Ərəbistanı dövləti və kral ailəsini zəiflətmək və ya onlara zərər vermək kimi niyyətimiz yoxdur. Cinayətin bütün ayrıntıları ilə aydınlanması və bu hadisəni törədənlərin hamısının cəzalanması Səudiyyə Ərəbistanının da xeyrinə olar.”

  Argentinadakı mətbuat konfransında Türkiyə prezidenti Şərqi Aralıq dənizindəki hadisələrə də toxunaraq deyib:

  “Rum tərəfinin təcavüzləri sürərsə, lazımi tədbirləri görməyi davam etdirəcəyik. Bölgədəki karbohidrogen ehtiyatlarının sahiblərindən biri də Şimali Kipr Türk Cümhuriyyətidir və ölkənin haqlarının əmrlərlə qəsb edilməsinə heç vaxt yol verməyəcəyik".



Әlaqәli Xәbәrlәr