"Gözlə və gör" prinsipi ilə yanaşma doğru deyil", M.Çavuşoğlu

Yunanıstanın “Kathimerini” qəzetində dərc etdirdiyi məqalədə M.Çavuşoğlu yazıb...

1098850
"Gözlə və gör" prinsipi ilə yanaşma doğru deyil", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəşəriyyətin nailiyyətləri və imkanlarının tədricən yox olduğuna təəssüfləndiyini bildirib.

  Yunanıstanın “Kathimerini” qəzetində dərc etdirdiyi məqalədə M.Çavuşoğlu V İstanbul Vasitəçilik Konfransının əhəmiyyətinə toxunaraq yazıb:

  “Ticarət müharibələri, istismar, qeyri-bərabərlik, xaricilərə düşmənlik, İslama nifrət və terrorizm kimi problemlər son dövrdə getdikcə artır.  

  İnsanlığın qarşı-qarşıya olduğu çətinliklər bəşəriyyətin nailiyyətləri və imkanlarını tədricən yox edir.  

  Hansı tərəfin qazanacağını bilmək, müsbət nəticələrə nail olmaq üçün insanlar birlikdə səy göstərməlidir. Təşəbbüs olmazsa, pis qazanacaq.

  “Gözlə və gör" prinsipi ilə yanaşma doğru deyil. Siyasi variantlar və vasitəçilərin terrorçulara qarşı mübarizəsi güclər arasında dəyişir.  

  Türkiyə humanitar vəzifə olaraq Suriyada 4 min kvadrat kilometrlik ərazini DAEŞ və PKK/PYD/YPG terror təşkilatlarından təmizlədi. Əgər müdaxilə edilməsəydi, xalqımız da bu terrorçuların hücumlarına məruz qalacaqdı və Suriyadakı faciədə siyasi həll əlçatmaz olacaqdı.  

  Suriyadakı vəziyyət bir yanğının necə nəticələr doğura biləcəyini bir daha göstərdi.

  Minlərlə kilometr uzaqdakılar da daxil olmaqla, hər kəs terror təhdidi, iqtisadi şok, qeyri-qanuni miqrasiya və yaralı insanlıq vicdanı acısını çəkəcək".  



Әlaqәli Xәbәrlәr