Türkiyədə "İnsan Haqlarını Yenidən Düşünmək" mövzulu beynəlxalq simpozium keçiriləcək.

Türkiyə İnsan Haqları və Bərabərlik Qurumu tərəfindən (TİHEK) "İnsan Haqlarını Yenidən Düşünmək" mövzulu beynəlxalq simpozium keçiriləcək.

1097377

Qurumdan verilən məlumata görə, 10 dekabr -  Beynəlxalq İnsan Hüquqları günü münasibətilə 6-7 dekabr tarixlərində keçiriləcək simpoziumda Fələstindən Malayziyaya, Toqodan Əlcəzairə, Maldivlərdən, Banqladeşə, İngiltərədən Avstraliyaya qədər- 3 qitədən 16 ölkənin insan hüquqları üzrə ekspertlər, rəsmi şəxslər və alimlər iştirak edəcəklər.
 
 Ədliyyə naziri Əbdülhəmid Gülün də simpoziumda iştirakı gözlənilir.

İnsan hüquqlarına fərqli yanaşmalar, müasir nəzəriyyə və praktikalar, insan haqları tətbiqinə dair ölkə təcrübələri, təhlükəsizlik və terror, İslam və insan haqları mövzuları 6 paneldə müzakirə olunacaq.
 
Әlaqәli Xәbәrlәr