Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

Bu barədə Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

1096319
Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri terror tәşkilatı PKK-ya qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Mәlumatda  bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı  Zap  bölgəsindә  həyata keçirilib. Əməliyyat zamanı altı  silahlı terrorçu zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları bildirilir.

Əməliyyat zamanı həmçinin terrorçuların sığınacağı və silah anbarları mәhv edilib.

Digәr tәrәfdәn Türkiyәdә axtarışda olan bir tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib.

Mәlumata görә, ‘‘Zinar Amed’’ lәqәbli Ali Akbaş Türkiyənin Muş bölgəsindəki Malazgirt Tatargazi kəndində zәrәrsizlәşdirilib.

Bu barәdә Daxili İşlәr Nazirliyi mәlumat yayıb.  Bir sıra ağır cinayətlərdə ittiham olunan bu terrorçunun axtarışı üçün 300 min Türkiyə lirəsi mükafat müəyyən edilmişdi.

Mәlumatda bildirilir ki, әmәliyyat nәticәsindә  çox sayda sursat da  әlә keçirilib.



Әlaqәli Xәbәrlәr