R.T.Әrdoğan Rusiya vә Ukrayna prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1096715
R.T.Әrdoğan Rusiya vә Ukrayna prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Rusiya prezidenti Vladimir Putin vә Ukrayna prezidenti Pyotr Poroşenko ilә telefon әlaqәsi saxlayıb.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Qara dәnizdә Rusiya ilә Ukrayna arasında son günlәrdә yaşanan gәrginlik müzakirә olunub.

Rәcәb Tayyib Әrdoğan tәrәflәrә yaşanan gәrginliklә bağlı narahatlıqlarını çatdırıb.

Әrdoğan söhbәt zamanı  problemlәrin diplomatik yollarla  hәll edilmәsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 22-dә  Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində iki  Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr