"Onların laqeyd rəftarları özləri üçün təhdid və təhlükə təşkil edir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin dəstəyini götürən Yunanıstanın və bu ölkə ilə birgə hərəkət edən Kıbrıs Rum İdarəsinin laqeyd rəftarlarının ilkin planda özləri üçün təhdid və təhlükə mənbəyinə çevrildiyini bildirdi.

1095871
"Onların laqeyd rəftarları özləri üçün təhdid və təhlükə təşkil edir", R.T. Ərdoğan

Bəzi Avropa ölkələrinin dəstəyini götürən Yunanıstanın və bu ölkə ilə birgə hərəkət edən Kıbrıs Rum İdarəsinin laqeyd rəftarları ilkin planda özləri üçün təhdid və təhlükə mənbəyinə çevrildi.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan  lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında söylədi.

Prezident Ərdoğan Aralıq, Egey dənizləri və Kıbrısda (Kipr) iki icmanın hüquqlarına dair məsələnin keçmişdən bəridir Türkiyənin həssas yanaşdığı mövzulardan olduğunu vurğuladı.

“Son dövrdə karbohidrogen axtarışı fəaliyyətləri səbəbindən bu bölgədəki (Şərqi Aralıq dənizi) problemlər daha ciddi mənfəət münaqişələrinin mövzusu olmağa başladı. Kıbrıs Rum İdarəsinin siyasəti təhlükə mənbəyinə çevrildi. Ölkəmizə qarşı cəhd edirlər ki, Türkiyə 12 dəniz mili məsələsində Egey dənizinə addım ata, Kıbrıs məsələsində də öz hüquqlarını müdafiə edə bilməsin. Amma bunlar nəticəsiz qalacaqdır.  Beynəlxalq hüquq və bağlanan müqavilə əsaslarından sonunadək istifadə etməkdə və buna mane olmaq istəyənlərə də istənilən cavabın verilməsində qətiyyətliyik. Aralıq dənizində bəzi ölkələrin öz daxili problemlərilə məşğul olmasından istifadə edərək haqları olmayan sahələrdə iqtisadi və siyasi hakimiyyət qurmaq istəyənlərə imkan verməyəcəyik”-deyə prezident Ərdoğan qeyd edib.



Әlaqәli Xәbәrlәr