Türkiyənin 16-22 noyabr tarixlərində terrorla mübarizəsinə dair məlumat

Son bir həftədə Türkiyədə ölkə içi və xaricində aparılan əməliyyatlarda separatçı terror təşkilatının 34 üzvü zərərsizləşdirilib.

1094104
Türkiyənin 16-22 noyabr tarixlərində terrorla mübarizəsinə dair məlumat

  Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin ölkə içi və xaricində PKK/KCK/PYD-YPG ilə DAEŞ separatçı terror təşkilatları ilə mübarizəsinə dair məlumat yayıb.

  16-22 noyabr tarixləri arasında terror təşkilatı PKK/KCK-nın daimi məskunlaşma sahəsi və ölkə içinə keçid marşrutu kimi istifadə etdiyi Diyarbəkir, Tunceli, Hakkari, Şırnak, Bingöl və İraqın şimalında aparılan iri və orta miqyaslı əməliyyatlarda 34 terrorçu zərərsizləşdirilib.

  Əməliyyatlarda 885 yüngül silah sursatı, 3 antipersonel mina, 23 kiloqram ammonium nitrat, 15 kiloqram C-4 partlayıcı maddə, 8 kiloqram viran qəlibi, 2 qumbara, 3 simsiz əlaqə vasitəsi, 30 partlayıcı ələ keçirilib, 23 əl qumbarası məhv edilib.

  Terrorçular tərəfindən istifadə edilən 42 silah mövqeyi, sığınacaq və anbar istifadəyə yararsız hala gətirilib.

  PKK/KCK-nın qaçaqmalçılıq və narkotika fəaliyyətinə qarşı mübarizədə isə sərhəd xəttində görülən tədbirlər və icra edilən əməliyyatlar zamanı 58 kiloqram narkotik maddə, 276 kiloqram toz marixuana, 35 min 881 paket qaçaq siqaret və 11 cib telefonu ələ keçirilib.



Әlaqәli Xәbәrlәr