"Onlar silahlarını sizə doğru da çevirəcəklər", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinə reaksiya göstərərək dedi...

1092377
"Onlar silahlarını sizə doğru da çevirəcəklər", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinə reaksiya göstərərək: “O çox sevdiyiniz terrorçular maraqlarına toxunduğun zaman təkcə nifrətlərini deyil, silahlarını da sizə doğru çevirəcəklər", - dedi.

  Prezident Aparatında (Cumhurbaşkanlığı) 48-ci Muxtarlar Toplantısında çıxış edən R.T.Ərdoğan terrorçulara qucaq açıb himayə edən Qərb ölkələrini tənqid edərək deyib:

  “Türkiyədə (15 iyul 2016) çevrilişə təşəbbüs edən Fətullahçı terror təşkilatı (FETÖ) mənsublarını baş tacı edən heç bir ölkənin, heç bir qurumun demokratiya sözünü dilinə gətirməyə haqqı yoxdur”.

  Avropa İnsan Haqları Məhkəməsinin separatçı terror təşkilatı PKK ilə əlaqəsi olan bir siyasi partiyanın keçmiş həmsədri Selahattin Demirtaşı himayə etməsinə isə belə münasibət bildirib:

  "Siz Aİ orqanlarından hər hansı birinin o zatın (Selahattin Demirtaş) 6-8 oktyabr hadisələri zamanı insanları yalan çıxışlarla təxrtibata yuvarladıb 50 məsumun küçələrdə vəhşicəsinə ölümünə səbəb olması ilə bağlı hər hansı bir bəyanat eşitdinizmi?

  Qərb ölkələrinə deyirəm: "O çox sevdiyiniz terrorçular maraqlarına toxunduğunuz gün təkcə nifrətlərini deyil, silahlarını da sizə doğru çevirəcəklər.

  Avropa İttifaqının özünün belə terror təşkilatı olaraq qəbul etdiyi, həyata gözlərini açmamış uşaqdan tutmuş 80 yaşlı qocaya qədər on minlərlə insanın qatili olan PKK-ya verdiyi dəstəyi ciddi saymırıq.

  Çıxışında 2013-ci ildə İstanbul Gezi parkı hadisələrinə də toxunan Ərdoğan deyib:

  “Gezi parkı hadisələri Türkiyəni yüksəldəcək, irəli aparacaq nə qədər iş, nə qədər layihə, nə qədər səy varsa, hamısının qarşısında dirənməyin adıdır".



Әlaqәli Xәbәrlәr