Bodrum sahillərində qaçqınları daşıyan qayıq batıb

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində nizamsız qaçqınları daşıyan qayığın batması nəticəsində bir nəfər ölüb, 10 nəfər isə xilas edilib.

1091269
Bodrum sahillərində qaçqınları daşıyan qayıq batıb

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində nizamsız qaçqınları daşıyan qayığın batması nəticəsində bir nəfər ölüb, 10 nəfər isə xilas edilib.

Bodrum sahillərində Panama bayrağı daşıyan ticarət gəmisi bölgədə Sahil Təhlükəsizlik Xidmətinə dənizdən insan səsləri eşidildiyinə dair məlumat verib.

Hadisə yerinə gələn vəzifəlilər suyun üstündə parçalanmış qayıqla üzən qaçqınlar olduğunu görüb.

Aparılan fəaliyyətlər nəticəsində 4 Suriya, 4 Fələstin və 2 Misir vətəndaşı qaçqın xilas edilib. Axtarışlar nəticəsində suriyalı olduğu müəyyən edilən bir kişiyə məxsus meyit tapılıb.



Әlaqәli Xәbәrlәr